Səfərbərlik Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 29-da Xidmətdən bildirilib.

Məlumata görə, qanunsuzluq edən vəzifəli şəxslər barəsində yoxlamalar aparılıb, 2023-cü ildə 78 əməkdaş, 2024-cü ildə isə 58 əməkdaş barəsində tədbirlər görülüb. 

Saytların yığılması

Saytlarin yigilmasi

Belə ki, 2023-cü ildə 15 fakt üzrə 22 nəfər, 2024-cü ildə isə 6 fakt üzrə 26 nəfər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

“Bundan başqa, xaricdə ali təhsil almaları ilə bağlı saxta sənəd təqdim etməklə və digər yollarla müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınan şəxslərin hərəkətlərinə prosessual qiymət verilməsi üçün Xidmətin yerli qurumlarında toplanmış çoxsaylı materialların aidiyyəti istintaq orqanlarına göndərilməsi təmin edilib”, – məlumatda bildirilib.

Tədbirlərin korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması üçün görüldüyü bildirilib.

 

Xəbərlər

Leave a Comment