Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısı keçiriləcək

Martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçiriləcək.

Energetika Nazirliyinin məlumatında deyilir ki, toplantıya 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət qatılacaq. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edəcəklər.

Tədbir çərçivəsində yaşıl enerji sahəsində sənədlərin imzalanması nəzərdə tutulur. Tədbirin yekunlarına dair mətbuat konfransı keçiriləcək.

Saytların yığılması

Saytlarin yigilmasi

Xəbərlər

Leave a Comment