Azərbaycan və Ermənistan XİN rəsmiləri Berlində görüşüb

Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətlərinin görüşü keçirilib.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 28-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti “X” sosial şəbəkə hesabında məlumat yayıb.

“Sülh sazişi layihəsini müzakirə etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş  Berlində Federal Xarici İşlər Nazirliyinin Villa Borsiq evində başlayıb”, – məlumatda qeyd olunub.

Saytların yığılması

Saytlarin yigilmasi

Görüş barədə əlavə təfərrüat verilməyib. 

Qeyd edək ki, fevralın 17-də Münhen Təhlükəsizlik Konfransında Almaniya kansleri Olaf Şolz, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Nəticədə tərəflər Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində danışıqların aparılması barədə razılığa gəliblər.

Xəbərlər

Leave a Comment