Narkotik ittihamı verilən daha bir inanclıya hökm oxunub 

Fevralın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə həbs edilən inanclı Bəhruz Hacıyevin məhkəməsi başa çatıb. 

Toplum Tv xəbər verir ki, məhkəmə ona 1 il müddətinə həbs cəzası kəsib.

Bəhruz Hacıyev 2023-cü ilin 4 aprel tarixində saxlanılıb. O, Azərbaycan CM-nin 234.1 (narkotik istifadəçisi) maddəsi ilə şərlənib həbs edilib. 

Saytların yığılması

Saytlarin yigilmasi

Bəhruz Hacıyev məhkəmə başlanan ilk gündən nakrotikin üzərinə qoyulduğunu bildirirdi. Bu məhkəmədə diqqət çəkən məqam həm də ondan ibarət idi ki, iş üzrə şahidlərdən biri, polis əməkdaşı Emin Məmmədli istintaq zamanı müstəntiq tərəfindən yalan ifadə verməyə məcbur edildiyini demişdi. İfadəsi təxminən belə idi: “Bəhruzun üstündə narkotik görməmişəm, nə yalan danışım… Buna görə məni işimdən çıxaracalarsa çıxarsınlar. 700 manat maaşa görə ləyaqətimi sata bilmərəm”.

Xəbərlər

Leave a Comment