Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının həcc və ümrə nazirini qəbul edib

Fevralın 27-də Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının həcc və ümrə naziri Taufiq bin Fauzən Əl Rabiəni qəbul edib.

Qonaq deyib ki, Azərbaycanın onun ölkəsinin vətəndaşlarına vizaların verilməsi prosesini asanlaşdırması turizm sahəsində əməkdaşlığa ciddi təkan verib.

Buna cavab olaraq Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşları üçün analoji addımlar atıb.

Saytların yığılması

Saytlarin yigilmasi

Öz növbəsində Əliyev iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib.

Turizm üzrə müsbət dinamikaya toxunan Əliyev bu istiqamətdə gələcək addımların vacibliyini qeyd edib.

Görüşdə Azərbaycanda və Səudiyyə Ərəbistanında iki ölkənin iqtisadi, investisiya, turizm və digər potensialını əks etdirən sərgilərin təşkilinin vacibliyi qeyd olunub.

Xəbərlər

Leave a Comment