Əvəz Zeynallıya hökm oxundu |

“Xural TV”nin rəhbəri, il yarımdır həbsdə olan Əvəz Zeynallıya 9 il həbs cəzası kəsilib. Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, Ə.Zeynallı rüşvət alma, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə suçlu sayılıb.

Ə.Zeynallı isə birlikdə mühakimə olunan “Səda TV” idarəedicisi Elnur Şükürov isə 4 il azadlıqdan məhrum edilib.

Lakin onların heç biri özünü təqsirli bilmir.

Saytların yığılması

Saytlarin yigilmasi

Ə.Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir. E.Şükürov isə “Xural TV” rəhbərinin əleyhinə tələb olunan ifadəni vermədiyinə görə cəzalandırıldığını deyir.

“Mən siyasi məhbus deyiləm, vicdan məhbusuyam. Haqqımdakı cinayət işi də sözün davasıdır”, – Ə.Zeynallı son sözündə belə deyib.

AzadlıqRadiosu

Xəbərlər

Leave a Comment