Azərbaycan və Ermənistan rəsmiləri arasında görüş olacaq

“Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacaq”.

Toplum TV xəbər verir ki, bunu fevralın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, danışıqlarda fasilə baş versə də, sülh sazişinin mətni üzərində işlər davam etdirilirdi.

Saytların yığılması

Saytlarin yigilmasi

“Lakin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra prosesə yenidən start verilməsi barədə qərar verilmişdi. Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır”, – deyə o bildirib.

Bundan əvvəl Azərbaycan tərəfinin sülh sazişi ilə bağlı növbəti təkliflər paketi verdiyi məlum olmuşdu. Bununla yanaşı, rəsmi Bakı Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların aradan qaldırılmasını tələb edir.

 

Xəbərlər

Leave a Comment