Fevralın 23-də saat 05:50-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görməyib, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
«Azərbaycan baş verənləri son beş ayda hökm sürən sabitliyin pozulmasına yönəlmiş təxribat kimi qiymətləndirir və bu əməlləri törədənlərin müəyyən edilərək cəzalandırılmasını tələb edir”, – məlumatda qeyd olunub.