Rəsmi Bakıdan Paşinyana cavab: “Azərbaycan müharibəyə hazırlaşır” iddiası əsassızdır

“Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır”.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 23-də Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Rəsmi Bakı Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfinin bu kimi açıqlamalar verməsini və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsini Fransa tərəfindən sülh prosesinə vurulan mənfi təsirlərin növbəti təzahürü kimi qiymətləndirib:

Saytların yığılması

Saytlarin yigilmasi

“Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Son zamanlar kütləvi hərbiləşmə siyasəti aparan, bölgədə 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistan tərəfinin bu addımları ört-basdır etmək məqsədilə, “Qərbi Azərbaycan İcması” üzrə çağırışları, eləcə də məhz Ermənistanın əsassız bəyanatlarına verdiyi cavabları bəhanə kimi gətirərək ölkəmizin müharibəyə hazırlaşdığını iddia etməsi tamamilə əsassızdır”.

XİN növbəti dəfə Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, rəsmi məktublarında və bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların davam etdiyini xatırladıb. Bildirilib ki, bütün bunlar Ermənistan rəhbərliyinin sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını təsdiq edir.

Qeyd edək ki, N.Paşinyan fevralın 22-də “France 24”ə telekanalına müsahibəsində Azərbaycanın Ermənistana qarşı müharibəyə hazırlaşdığını bəyan eləmişdi. 

Xəbərlər

Leave a Comment