“Qarabağ”ın Avropa Liqasındakı növbəti rəqibi bəlli oldu

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqası 1/8 final mərhələsinin püşkü atılıb.

Toplum TV xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Qarabağ”ın Almaniyanın “Bayer  Leverkuzen” klubuyla qarşılaşacağı məlum olub. 

Saytların yığılması

Saytlarin yigilmasi

“Qarabağ” bundan əvvəl qrup mərhələsində “Bayer Leverkuzen”lə mübarizə aparmış və hər iki oyunda məğlub olmuşdu. İspaniyalı məşqçi Xabi Alonzonun çalışdırdığı “Bayer Leverkuzen” klubu hazırda Almaniya “Bundesliqa”sında liderdir və bu mövsüm gözoxşayan oyunu ilə seçilir.

Qeyd edək ki, “Qarabağ” dünən Portuqaliyanın “Braqa” klubunu iki oyunun nəticəsinə əsasən 6-5 hesabıyla məğlub etməklə Avropa Liqası 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

Xəbərlər

Leave a Comment