Xaricdəki vətəndaşlarını hədəfə alan ölkələr – Azərbaycanın da adı çəkilir 

Dünyada bir sıra hökumətlər sərhədlərini aşaraq öz vətəndaşları, yaxud keçmiş vətəndaşlarına qarşı insan haqları pozuntuları törədirlər, məqsəd isə narazıları susdurmaq, yaxud qarşısını almaqdır. 

Toplum TV “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, bu barədə “Human Rights Watch” insan haqları təşkilatı fevralın 23-də hesabat yayıb.

Bildirilir ki, “transmilli repressiya” metodlarına qətl, oğurlama, konsulluq xidmətlərindən sui-istifadə, qohumların hədəfə alınaraq kollektiv cəzalandırılması, rəqəmsal hücumlar və s. daxildir.

Saytların yığılması

Saytlarin yigilmasi

Məlumata görə, bir çox qurban yeni ölkədə sığınacaq istəyən, yaxud qaçqınlardır. Bəzi hökumətlər ayrı-ayrı şəxsləri Beynəlxalq Kriminal Polis Təşkilatı – İnterpol vasitəsilə axtarışa da veriblər.

Hesabatda azı 24 hökumətin adları çəkilir, onların sırasında Azərbaycan, Belarus, İran, Türkiyə, Rusiya, Tacikistan var. Ümumilikdə hesabata təşkilatın daha öncə sənədləşdirdiyi 75-dən çox hal salınıb.

Azərbaycan hakimiyyətinin bu hesabatda deyilənlərə münasibəti məlum deyil. Ancaq rəsmilər indiyədək ölkədə insan haqlarının pozulmasına dair fikirləri rədd edib, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildiriblər.

Xəbərlər

Leave a Comment