Fransanın tədarük etdiyi hərbi texnika bu gün Ermənistana çatdırılacaq

Fransanın tədarük etdiyi hərbi texnika bu gün Ermənistana çatdırılacaq

Toplum TV xəbər verir ki, bu barədə fevralın 22-də “Le-Figaro” nəşri məlumat yayıb.

Bildirilir ki, hərbi texnikaya gecəgörmə cihazları və GM200 radarları daxildir.

Saytların yığılması

Saytlarin yigilmasi

Bundan bir gün əvvəl Fransa Prezidenti Emmanuel Makron Parisin Ermənistana müdafiə silahlarının tədarükünə başlayacağını bildirmişdi. 

Öz növbəsində tarixdə ilk dəfə Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi parlamentarilərdən və silah istehsalçılardan ibarət böyük nümayəndə heyətinin tezliklə Ermənistana səfər edəcəyi bildirilib. 

Bu barədə o, Lekornu RTL radiostansiyasının efirində bildirib.

Nazir açıqlamasında qeyd edib ki, Fransa Yerevana kömək etmək və onun müdafiə potensialını artırmaq üçün məsuliyyət daşıyır. Onun sözlərinə görə, burada söhbət xüsusilə havadan müdafiə və zirehli texnikadan gedir.  

Qeyd edək ki, Azərbaycan tərəfi Fransanı “birtərəfli” siyasətdə ittiham edib və Parisin Yerevana hərbi yardımlarının bölgədə vəziyyəti gərginləşdirəcəyini bildirib. 

Xəbərlər

Leave a Comment