Azərbaycan Pakistandan qırıcılar alır 

Azərbaycan Pakistandan JF-17C qırıcıları alacaq.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 21-də “Air Operations Syndicate” məlumat yayıb. 

Bildirilir ki, Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistan Aeronavtika Kompleksi arasında imzalanan müqavilə Asiya ölkəsinin tarixində bu qəbildən olan ən böyük ixrac müqaviləsi olacaq. 

Saytların yığılması

Saytlarin yigilmasi

Sazişə əsasən, Azərbaycan JF-17C Blok-III qırıcıları, həmçinin reaktiv təyyarələr üçün təlim və döyüş ləvazimatları alacaq. 

Müqavilənin dəyəri 1,6 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Qeyd edək ki, JF-17 “4+” nəsil qırıcı hesab edilsə də, o, beşinci nəsil avionika və silahlardan istifadə edir.

Xəbərlər

Leave a Comment