Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketini razılaşdırıb

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə Rusiyaya qarşı 13-cü sanksiyalar paketini razılaşdırıb.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 21-də Aİ-nin rəsmi saytı məlumat yayıb. 

Bildirilir ki, ən şaxəli sanksiya paketlərindən biri olan 13-cü paket Rusiyanın Ukrayna qarşı işğalının ildönümündə, fevralın 24-də təsdiqlənəcək. 

Saytların yığılması

Saytlarin yigilmasi

“Sanksiyalarla bağlı razılaşmanı alqışlayıram. Putinin hərb maşınının deqradasiyasına davam etməliyik. Siyahıda 2000 nəfərin adı var, biz Kremlə qarşı təzyiqi yüksək səviyyədə saxlayırıq, Rusiyanın imkanlarını azaltmağa davam edirik”, – Avropa Komissiyasının sədri Ursula fon der Leyen X-də yaydığı açıqlamada bildirib. 

Qeyd edək ki, bundan əvvəl ABŞ rəhbərliyi Aleksey Navalnının həbsxanada ölümü və Ukrayna qarşı işğalın ildönümü ilə əlaqədar Rusiyaya genişmiqyaslı sanksiyaların tətbiq ediləcəyini açıqlamışdı. 

Xəbərlər

Leave a Comment