Bəxtiyar Hacıyev: “Daxili işlər naziri məndən qisas alır” 

Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin məhkəməsi davam edir. O, 2022-ci ilin dekabrında Yasamal rayon Məhkəməsində Ülviyyə Alovluya qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamlarıyla həbs olunub. Sonradan isə yeni hallar kimi QHT fəaliyyətinə görə əlavə maddələr verilib və istintaq müddəti bir neçə dəfə uzadılıb. İstintaq orqanı Hacıyevi qaçqmalçılıqda, qanunsuz sahibkarlıqda, sənədi saxtalaşdırmaqda, müxtəlif beynəlxalq təkilatlardan qrantlar alıb təyinatı üzrə xərcləməməkdə təqsirləndirilir. 

Sonuncu məhkəmə iclasında Bəxtiyar Hacıyev məhkəmədə vəsatət qaldırıb ki, onun barəsində təhqiqat aparmış Yasamal rayon Polis İdarəsinin 28-ci bölməsinin təhqiqatçısı Pünhan Əbilovun və Ülviyyə Alovlunun kəllə-beyin travması alması barədə rəy vermiş həkim-ekspert Cahangir İsmayılovun imzaları ekspertiza edilsin. O, məhkəmədən xətşünaslıq ekspertizası keçirilməsini tələb edib. Vəsatətini belə əsaslandırıb: “Bu adamların ayrı-ayrı sənədlərdəki imzaları da fərqlidir. Təsəvvür edin ki, bu adamların protokollardakı, Bakı Şəhər Baş Polis İdarəsində verdikləri ifadələrdəki, verdikləri rəylərdəki, yazdıqları “Cinayət işi başlansın” sənədindəki imzaları bir-birindən tamamilə fərqlidir. Və mən məhz həmin saxta imzalı protokollar əsasında həbs olunmuşam. Həmin imzaların doğruluğunun yoxlanması üçün məhkəmədən xətşünaslıq ekspertizası təyin olunması barədə qərar çıxarılmasını xahiş edirəm”. 

Dövlət ittihamçısı Eldar Həmzəyev bildirib ki, indiki mərhələdə vəsatət baxılmamış saxlanılsa yaxşı olar: “O şəxslər vəkillərin hazırlıq iclasında verdikləri vəsatətlə əlavə şahid qismində dəvət olunacaqlar, ifadələri alınacaq, yalnız ondan sonra imza məsələsiylə bağlı verilmiş vəsatətə baxmaq olar”. 

Saytların yığılması

Saytlarin yigilmasi

Bəxtiyar Hacıyev: – Hörmətli prokuror, mən deyirəm ki, imzalar fərqlidir, şübhəlidir və mən o şübhəli sənədlər əsasında burda oturmuşam. Başıma gələnlər, həbsə düşməyim 28-ci polis bölməsinin təhqiqatçısının yazdığı “Cinayət işinin başlanması” sənədindən qaynaqlanır. Mən də deyirəm ki, həmin o vərəqənin yuxarısında iri hərflərlə yazılmış “Cinayət işi başlansın” sözünün altındakı imza saxtadır. O saxtalıq ekspertiza ilə təsdiqini tapsa, bu məhkəməyə də ehtiyac qalmayacaq. Sizsə deyirsiz ki, qoy məhkəmə bitsin, sonra bu məsələyə baxarıq”. 

Hakim heyəti qısa müşavirə keçirərək qərara alıb ki, vəsatətə sənədlərin tədqiqi vaxtı baxılacaq. 

Sonra Bəxtiyar Hacıyev ifadə verib. O, həbsini sifarişli adlandırıb, bu sifarişin başında isə daxili işlər naziri Vilayət Eyvazovun dayandığını vurğulayıb. Bəxtiyar Hacıyev epizodlarla bağlı danışıb. Bildirib ki, Ülviyyə Alovlu onu və ailə üzvlərini sosial şəbəkələr üzərindən təhqir edib. DİN-ə etdiyi müraciətləri nəticəsiz qalıb. Ülviyyə Alovlunun təhqirlərinə cavab olaraq o da sosial şəbəkədə status yazıb. Ülviyyə Alovlu Yasamal rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iclası zamanı hakimlər müşavirə otağına yollananda Ülviyyə Alovlu onun ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr söyləyib. O da Ülviyyə Alovlunun oturduğu masaya yaxınlaşaraq əlindəki sənədləri əsəbi şəkildə masanın üzərinə çırpıb: “Məhkəmə zalındakı müşahidə kameralarından götürüb həmin görüntüləri tələsik sosial şəbəkələrdə yaydılar, məqsədləri məni gözdən salmaq idi. Adını da qoydular ki, Bəxtiyar Hacıyev qadına qarşı şiddət sərgiləyib və sair. Ancaq onun mənim arxamca stəkan, telefon tullamasını nə yayan, nə də dilə gətirən oldu”. 

Bəxtiyar Hacıyev ifadəsinə davam edərək bildirib ki, zərərçəkənlərdən biri kimi tanınan Orxan Abdullayev Yasamal Rayon Məhkəməsində icra məmuru olub. O da Bəxtiyar Hacıyevi məhkəmə salonundan çıxarmaq istəyərkən müqavimət göstərməsiylə bağlı şikayətçi olub. Bəxtiyar Hacıyev məhkəmədə bu epizodu da şər-böhtan adlandırıb. 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Ülviyyə Alovlunun 28-ci polis bölməsinə şikayəti ilə bağlı başlanmış cinayət işinə 2022-ci ilin martında Bakı Şəhər Baş Polis İdarəsində xitam verilsə də, bir neçə ay sonra – elə həmin ayın dekabrında eyni maddəylə həbs olunub.

> Javid Ramazanov:
Bəxtiyar Hacıyev vurğulayıb ki, həbsinin əsl səbəbi Daxili İşlər Nazirliyinin əməkdaşlarıyla bağlı beynəlxalq qurumlara hesabatlar göndərdiyi üçün bəzi vəzifəli polis əməkdaşlarına sanksilayar tətbiq olunub. Daxili işlər naziri də buna görə ondan qisas alıb: “Həbsimin əsas səbəbi də budur. Elə mən həbs olunan gün ABŞ DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir əməkdaşının adını sanskiya siyhahısına salmışdı”. 

Bəxtiyar Hacıyev ifadəsinə davam edərək bildirib ki, Ülviyyə Alovlu onunla bağlı müxtəlif qurumlarına onun xaricdən maliyyələşərək çevriliş hazırlamasıyla bağlı böhtanlar yazıb. Eyni məzmunlu və saxta email ünvandan istintaq orqanına müraciətin göndərilməsində isə Bakı Şəhər Baş Polis İdarəsindən şübhələndiyini vurğulayıb. 

Bəxtiyar Hacıyev qaçaqmalçılıq ittihamına da münasibət bildirib: “Bir müddət əvvəl Respublika Bankındakı xidməti bəyənmədiyim üçün bir ara oradakı hesabımdan pulu “Yapıkredi”dəki hesabıma köçürtmüşəm. Sonra Respublika Bankıyla aramızdakı anlaşılmazlıq aradan qalxdı, mən “Yapıkredi”dəki pulumu geri köçürtdüm. Yəni bir cari hesabımdan o biri cari hesabıma pul köçürmüşəm, bir müddət sonra pulu yenə əvvəlki cari hesabıma qaytarmışam. Müstəntiq bu köçürmələrlə bağlı sənədləri “təftiş” edib və sənədin yuxarısında ingiliscə yazılan sözlərdən bircə Nyu-Yordk sözü diqqətini çəkib, götürüb ora yazıb ki, Nyu-Yorkdan mənə pul gəlib (gülür). Təsəvvür edirsiz, adam özünü iqtisadi cinayətləri araşdıran ali avadlı, peşəkar müstəntiq hesab edir, ancaq harda xarici dildə hansı ölkənin adını oxuyubsa, götürüb ittiham aktına yazıb ki, həmin ölkədən Bəxtiyar Hacıyevə pul gəlib. Bu, hələ daxili işlər nazirinin xüsusi nəzarətində olan işdir, bunlar bu qədər savadsız və qeyri-peşəkar aparıblar”. 

Qanunsuz sərhədkeçmə ittihamına gəlincə, Bəxtiyar Hacıyev ifadəsində göstərib ki, 2019-2021-ci illərdə Gürcüstanda olmayıb, 2022-ci ildə ümumiyyətlə, xaricdə olmayıb. Ancaq ona həmin illərdə Gürcüstan üzərindən xaricdən qaçaq yolla pul gətirməklə bağlı ittiham verilib. 

Məhkəmə iclası martın 1-də davam edəcək.
 

Xəbərlər

Leave a Comment