Əziz Orucovun həbs müddəti uzadılıb

“Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucovun həbs müddəti daha bir ay uzadılıb.

Toplum TV xəbər verir ki, bu barədə fevralı 21-də Səbail Rayon Məhkəməsi qərar çıxarıb. 

Qeyd edək ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb və 188.2-ci maddə (qanunsuz tikinti) ilə ittiham olunub. Ertəsi gün məhkəmə onun barəsində üç ay müddətinə həbs qərarı çıxarıb. 

Saytların yığılması

Saytlarin yigilmasi

https://toplum.tv/siyaset/pquotkanal-13quot-rehberine-qarsi-qaccedilaqmalccedililiq-ittihami-ireli-suumlruumlluumlbp

Dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsilə yeni ittiham irəli sürülüb. Bu maddə ilə Orucovu 8 ilədək həbs təhlükəsi gözləyir.

Jurnalist ona qarşı ünvanlanan ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir. 

Xəbərlər

Leave a Comment