“İşçi masası”nın həbsdə olan rəhbəri hakimə etiraz edib 

Bakı Ağır Cinayətlər Məhkəməsində “İşçi Masası”  Müstəqil Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri Afiyəddin Məmmədovun işi üzrə bir neçə dəqiqəlik məhkəmə iclası davam edir. 

Sonuncu məhkəmə iclasında prokurorun İttiham Aktını elan edəcəyi gözlənilirdi. Afiyəddin Məmmədovun vəkili Zibeydə Sadıqova vəsatət qaldırıb ki, məhkəməyə gələn media nümayəndələrinə foto və video çəkiliş aparılmasına icazə verilsin. Hakim bildirib ki, məhkəmə iclası məhkəmə tərəfindən video çəkilişlə keçirilir, media nümayəndələrinin foto və video çəkilişləri aparmasına ehtiyac yoxdur. Afiyəddin Məmmədov bildirib ki, bu, kifayət etmir: “O çəkilişlər məhkəmə üçündür, jurnalistlərə verilmir. Ona görə də xahiş edirik ki, jurnalistlərə çəkiliş aparılmasına icazə verəsiniz. 

Vəkil: – Möhtərəm hakim, mən bu məhkəmə binasında hər gün görürəm ki, başqa məhkəmələrdə foto və video çəkilişlər aparılır. Hətta sizin də sədrlik etdiyiniz digər məhkəmə iclaslarında foto və video çəkilişlər aparılmasına şərait yaradırsınız. Ancaq nədənsə bu məhkəmədə çəkiliş aparılmasına icazə vermirsiniz. Hakimin vəsatəti təmin etməməsi Afiyəddin Məmmədovun etirazına səbəb olub: “Hansı vəsatəti veririksə, təmin etmirsiniz. İndiyədək bircə vəsatətimiz də təmin olunmayıb. Bu da onu göstərir ki, siz mənə qarşı qərəzlisiniz, işi ədalətli aparacağınıza inanmıram. 

Saytların yığılması

Saytlarin yigilmasi

Hakim: – Hakimə etiraz edirsiniz? 

Təqsirləndirilən şəxs: – Bəli, indidən işə obyektiv yanaşmadığınızı görürəm, sizə etiraz edirəm, çünki məhkəmənin sonunda ədalətli qərar çıxaracağınıza inanmıram. 

Hakim: – O zaman yazılı şəkildə etiraz edin. 

Hakim müşavirəyə getdiyini bildirib və növbəti məhkəmə iclasını martın 12-nə təyin edib. 

Vəsatətlə bağlı müşavirənin qərarını  hakim həmin gün açıqlayacaq. 
Afiyəddin Məmmədov sentyabrın 20-də evinin yaxınlığında naməlum şəxsin hücumuna məruz qaldıqdan sonra saxlanılıb. Məmmədov özü hücum edən şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham olunub (CM-in 221.3 – xuliqanlıq, silahdan istifadə ilə törədildikdə) və 126.1 (sağlamlığa qəsdən ağır zərər vurma). 

Sonradan ittihamlar sərtləşdirilib, ona qarşı 126.2.4-cü (ümumi təhlükəli yolla sağlamlığa qəsdən ağır zərər vurma) maddə ilə ittiham irəli sürülüb. Onu 11 ilədək həbs cəzası gözləyir.

Məmmədov ittihamları təkzib edir və onları ictimai fəaliyyəti ilə əlaqələndirir. Hüquq müdafiəçiləri Məmmədovu siyasi məhbus kimi tanıyıblar.

Xəbərlər

Leave a Comment