Gürcüstan AŞPA-ya Azərbaycanla bağlı müraciət edib

Avropa Şurası Parlament Assambleyasındakı Gürcüstan nümayəndə heyətinin rəhbəri Givi Mikanadze təşkilatı Azərbaycan əleyhinə qətnaməyə yenidən baxmağa çağırıb.

Toplum TV xəbər verir ki, bu barədə Mikanadzenin fevralın 20-də AŞPA sədri Teodoros Russopulosa ünvanladığı məktubda bildirilib. 

Mikanadze məktubunda qeyd edib ki, Azərbaycanın səlahiyyətlərindən məhrum edilməsi Assambleya çərçivəsində Azərbaycanla əməkdaşlıq və fikir mübadiləsi aparmağı mümkünsüz edir. Onun sözlərinə görə, belə sərt qərarlar AŞPA-nın Azərbaycanla və ümumiyyətlə, Cənubi Qafqazla gələcək münasibətləri üçün mümkün mənfi nəticələri nəzərə alınmadan qəbul edilir. Üstəlik, bu, həm də Avropa Şurasının mühüm dialoq və əməkdaşlıq platforması kimi nüfuzuna xələl gətirir.

Saytların yığılması

Saytlarin yigilmasi

Məktubun sonunda Mikanadze bu qətnamənin ləğvinin Avropa Şurasının maraqlarına xidmət edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, ötən ay AŞPA “üzərinə götürdüyü öhdəlikləri pozduğunu və dəyərlərə xələl gətirdiyini” irəli sürərək Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməyib. Bundan sonra yanvarın 24-də Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı dayandırdığını bəyan edib. Azərbaycan tərəfi AŞPA-nı irqçilikdə və dözümsüzlükdə ittiham edib. 

Öz növbəsində Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxa bilər. 

Xəbərlər

Leave a Comment