ABŞ və Böyük Britaniya səfirləri Aleksey Navalnının kortəbii abidəsi önünə çiçək qoyublar

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və Böyük Britaniya səfiri Fergus Old Stalin repressiyalarının qurbanı, dramaturq Hüseyn Cavidin heykəlinin yaxınlığında Aleksey Navalnının körtəbii abidənin önünə çiçək qoyublar.

ABŞ səfiri Facebook-dakı səhifəsində həlak olan müxalifətçinin ailəsinə başsağlığı verib: “Aleksey Navalnının həyat yoldaşına və ailəsinə dərin hüznlə başsağlığı verirəm. Bütün dünyada azadlıqsevərlər onun cəsarətini unutmayacaqlar”.

 Öz növbəsində, Böyük Britaniya səfiri Tvitter-dəki hesabında belə yazıb: “Bu gün biz ABŞ səfiri Mark Libbi ilə birlikdə Rusiyada azadlıq və demokratiya uğrunda cəsur mübariz Aleksey Navalnının xatirəsini yad etmək üçün Hüseyn Cavidin abidəsi önünə çiçək qoyduq”.

Saytların yığılması

Saytlarin yigilmasi

Qeyd edək ki, Hüseyn Cavidin abidəsi önündə Navalnının fotoşəkli və çiçəklər fevralın 19-da qoyulub.

Xəbərlər

Leave a Comment