Abzas Media əməkdaşlarının yaxınları ilə ünsiyyətinə qoyulmuş qadağa ləğv olunub

İstintaq orqanı Abzas Media onlayn nəşrinin həbs edilmiş əməkdaşlarının yaxınları ilə görüş və telefon danışıqlarına qoyulmuş qadağanı ləğv edib. Bu barədə Turan-a nəşrin əməkdaşlarından birinin vəkili Ayşə Abdel Qadir bildirib. 

Həbs edilmiş jurnalistlərin digər vəkili Şəhla Hümbətova da Abzas Media əməkdaşlarının yaxınları ilə telefon danışığı və görüşlərinə qoyulmuş qadağanın aradan qaldırıldığı haqqında məlumatı təsdiq edib. 

* Ötən il noyabrın 20-də Abzas Media-nın direktoru Ülvi Həsənli saxlanılıb. Elə həmin gün onun evində və Abzas Media-nın ofisində axtarış aparılıb, burada polis 40 min avro “tapıb”.

Saytların yığılması

Saytlarin yigilmasi

Eyni gündə Abzas Media-nın direktor müavini Məhəmməd Kekalov, noyabrın 21-də isə baş redaktor Sevinc Vaqifqızı da saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, dekabrın 13-də isə araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.

Yanvarda jurnalist Elnarə Qasımova həbs edilib.

Onların hamısına qarşı CM-in 206.3.2-ci maddəsi ilə (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiiham irəli sürülüb və onları 5 ildən 8 ilədək həbs cəzası gözləyir. 

Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və müstəqil KİV-lərə qarşı təzyiqə son qoymağa çağırıb.

Xəbərlər

Leave a Comment