ABŞ Azərbaycanda keçiriləcək növbədənkənar seçkilərlə bağlı şərh vermir

ABŞ hələ ki, Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı şərh verməkdən yayınır.

“Mənim sadəcə olaraq Azərbaycanda daxili seçkilərlə bağlı heç bir şərhim yoxdur”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi cümə axşamı brifinqdə bir həftə ərzində ona ikinci dəfə ünvanlanan bu suala cavabda bildirib.

Beləliklə, Miller bir daha Turan-ın müxbirinin ABŞ-ın qarşıda duran seçkilərlə bağlı hər hansı narahatlığının olub-olmadığı ilə bağlı sualına cavab verməkdən yayınıb.

Saytların yığılması Saytlarin yigilmasi

ATƏT DTİHB-nin müşahidə missiyası çərşənbə günü Azərbaycanda keçiriləcək seçkilər haqqında aralıq hesabat dərc edib. Sənəddə deyilir ki, hazırkı prezidentlə birlikdə seçkilərdə iştirak edən bütün namizədlər “yaxın keçmişdə açıq şəkildə prezidenti dəstəkləyiblər”.

Xəbərlər

Leave a Comment