Azərbaycan hökuməti bu dəfə din xadiminin həbsinə görə təzminat ödəyəcək

Avropa Məhkəməsi Sərdar Babayevin şikayəti ilə bağlı qərarını açıqlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 1-də Azərbaycanla bağlı növbəti qərarını elan edib.

Məhkəmə ərizədə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Sərdar Babayev Azərbaycana qarşı” işində ərizəçi hadisələr baş verən zaman Masallı rayonunda yaşayıb.

Məhkəmə işi İranda dini təhsil almış din xadimi olan Babayevin Masallı məscidində qanunsuz dini təbliğat və dini ayın icra etməyə görə məhkəməyə qədər həbs olunması və sonradan cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı olub.

Ərizəçi Cinayət Məcəlləsinin 168-1-ci maddəsinə əsasən, xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşları tərəfindən İslam dini ayinlərinin keçirilməsi səbəbindən cinayət məsuliyyətinə cəlb edilib, üç il müddətinə azadlıqdan məhrum edilib.

Ərizəçi AİHM qarşısında ona münasibətdə Avropa Konvensiyasının 3-cü (qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (təqsirsizlik prezumpsiyası), 9-cu (fikir, vicdan və din azadlığı), 10-cu (ifadə azadlığı), 11-ci (toplaşma və birləşmək azadlığı) və 14 (ayrıseçkiliyin qadağan edilməsi) maddələrinin pozulduğunu iddia edib.

AİHM ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü (metal qəfəsdə saxlama), 5.3-cü (məhkəməyə qədər əsassız həbs) və 9-cü maddələrinin (etiqad azadlığına müdaxilə) pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçiyə 6 min avro mənəvi zərər əvəzi təzminat ödəməlidir. Ərizəçinin hüquqi təmsilçisinə isə 2 min 500 avro hüquqi xidmət əvəzi ödənilməlidir.

Ərizəçi 60 min avro mənəvi zərər əvəzi, 8850 avro xərc və məsrəf əvəzi tələb edirdi.

Xəbərlər

Leave a Comment