Ruslan İzzətli yenidən hərbi xidmətə çağırılıb

III Respublika Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətli yenidən hərbi xidmətə çağırılıb.

Toplum TV xəbər verir ki, bu barədə siyasətçi yanvarın 31-də “Facebook” hesabında məlumat yayıb.

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsindən bu gün zəng ediblər ki, Ağdam rayona gəlməliyəm. Səbəb kimi də keçiriləcək hərbi təlimlərə cəlb olunmağımdır”. 

Saytların yığılması Saytlarin yigilmasi

Ruslan İzzətli 44 günlük müharibədə könüllü iştirak etdiyini, hazırda sakitlik dövründə hərbi təlimlərə çağırılmasının şübhə doğurduğunu bildirib.

Siyasətçi qeyd edib ki, fevralın 7-də keçiriləcək prezident seçkiləriylə əlaqədar belə bir qərarın verildiyini vurğulayıb

“7 fevral seçkisindən hakimiyyət çox gərgindir. Görünən odur ki, Qarabağ qələbəsi fonunda seçki saxtakarlığı alqısının yaranmasını istəmirlər”, – deyə o qeyd edib.

Xəbərlər

Leave a Comment