Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı

Həbsdə olan iş adamı və sabiq deputat Nazim Bəydəmirlinin həbs qətimkan tədbirinin müddəti uzadılıb. 

Toplum TV xəbər verir ki, bu barədə yanvarın 31-də Nərimanov rayon Məhkəməsi qərar çıxarıb. Beləliklə, sabiq deputat barəsində həbs qətimkan tədbiri 2 ay uzadılıb.

Qeyd edək ki, Nazim Bəydəmirlinin həbs qətimkan tədbiri noyabrın 1-də də 3 ay uzadılmışdı. 

Saytların yığılması Saytlarin yigilmasi

Nazim Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü (Xeyli miqdarda əmlakı ələ keçirmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. 

Növbəti gün məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. 

Bəydəmirli ittihamı rədd edib, onun uydurma olduğunu deyib. Onun sözlərinə görə, həbsinin əsl səbəbi Gədəbəyin Söyüdlü kəndindəki hadisələrlə bağlı çıxışlarıdır.

 

Xəbərlər

Leave a Comment