Vüqar Səfərov müsadirə olunmuş əmlaklarını tələb edir 

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş direktoru Vüqar Səfərli məhkəmə yoluyla əlindən alınmış əmlaklarını geri tələb edir. 

İki il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi vəzifə cinayətlərinə görə Vüqar Səfərlini 10 il 6 ay müddətinə azadlıqdan məhrum edəndə onun ailəsinin adına rəsmiləşdirilmiş əmlaklarının müsadirə olunması barədə də qərar çıxarmışdı. Vüqar Səfərli qərarın ləğv edilməsi üçün yuxanı instansiya məhkəmələrinə müraciət etmişdi. Ali Məhkəmə qərarı ləğv etmiş, işi Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdı ki, yenidən baxılsın. Fevralın 15-də həmin şikayətə baxılacaq. 

Müsadirə olunmuş və hazırda Vüqar Səfərli tərəfindən geri tələb olunan əmlakların siyahısı: 

Saytların yığılması Saytlarin yigilmasi

– Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;

– Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi;

– Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi;

– Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı;

– İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi;

– İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi;

– “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobillər;

– Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi;

– Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi;

– Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi;

– “Rabitəbank” ASC-də hesabında olan 300 min manat, həmin bankda oğlunun hesabına olan 500 min manat;

– Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat.

Vüqar Səfərli 2009-2020-ci illərdə KİVDF-nin rəhbəri olub. 2021-ci ilin yanvarında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə mühakimə edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

KİFDF 2021-ci ildə ləğv edilib, bazasında Medianın İnkişafı Agentliyi yaradılıb.

Xəbərlər

Leave a Comment