“Biz rusuq və səhv edə bilmərik”. Diplomatlar Putinə təsiri necə itirərək müharibəni dayandırmadılar? – Xeberler | En Son Xeberler | Son Xeberler

O da tədricən yəqin edib: kobud güc və ultimatumlar ona danışıqlar masası arxasında ibarə satmaqdan daha yaxşı xidmət edir.

BBC bu böhranın necə dərinləşdiyini və Rusiya müharibəsinin bu ölkənin Qərb dünyası ilə qırdığı əlaqələrini bərpa etməyin mümkün olub-olmadığını nəzərdən keçirib.

Onları çoxillik tanışlıq birləşdirirdi, Nuland onunla “insani ünsiyyətə” öyrəşib. Məmur xanım anlamırdı: nə üçün bu dəfə – yalnız zahirən rusiyalı həmkarına oxşayan – “robot”a qulaq asır. Ryabkov, gözlərini kağızdan ayırmadan, ucadan Moskvanın rəsmi mövqeyini səsləndirirdi.

Binadan çıxarkən Nuland jurnalistlərə cəmi bir neçə söz dedi: danışıqlar səmərəli keçdi, yenidən Rusiyada olmağa şadam.

Ryabkov dialoqu faydalı adlandırıb, lakin gileylənib ki, böyük irəliləyişə nail ola bilmədilər:

“Gələcək gərginliklərin mümkünlüyünü istisna etmək olmaz. Bu barədə biz amerikalı həmkarlarımızla açıq danışdıq” .

Onun 12 oktyabr 2021-ci ildəki görüş zamanı davranışı Nuland-ı şoka salmışdı, bu barədə onun özündən eşitmiş BBC-nin iki həmsöhbəti danışıb.

Ryabkovu və otaqda olan müdafiə nazirinin müavini Aleksandr Fomini o, “kağızlarla robotlar” kimi təsvir edib; onlar sanki “otaqda olmayan insanlar üçün mükalimə aparırdılar”.

O zaman Ukraynanı hələ müzakirə etmirdilər, Rusiyanın ABŞ-da və ABŞ-ın Rusiyada diplomatik missiyalarının işindən (bunu qarşılıqlı surətdə diplomatların qovulması çox pozmuşdu), Əfqanıstanda humanitar böhran və Moskva ilə Washington-un əlaqələrində böhran barədə danışırdılar.

Həmin ilin yayında ölkə liderləri – Vladimir Putin və Joe Biden – strateji sabitlik haqqında Cenevrədə danışıqlar aparırdılar.

Rusiyanın Ukraynaya təcavüz hazırladığını ABŞ bir neçə həftə sonra elan edəcək, Moskvaya isə artıq MKİ-nin başçısı olan Bill Burns yollanacaq.

Sergey Ryabkov və Victoria Nuland öz diplomatik karyeralarını Rusiya ilə ABŞ münasibətlərinə həsr ediblər.

Ryabkov Kanadadakı səfirlikdən başlayıb, Rusiya diplomatik nümayəndəliyində bir neçə yüksək vəzifə dəyişərək, altı il Birləşmiş Ştatlarda yaşayıb. Xarici işlər naziri müavini vəzifəsinə 2008-ci ildə təyin olunub və o vaxtdan Washington-la münasibətlərə kuratorluq edib – amerikalıların yadında o, təcrübəli və sakit elçi kimi qalıb.

Onunla dialoq hətta ölkələr arasında qarşılıqlı anlaşma korlanmağa başlandığı zaman da mümkün olub.

Nuland 80-ci illərdən Dövlət Departamentində SSRİ üzrə, Sovet İttifaqı dağıldıqdan sonra isə Rusiya üzrə ixtisaslaşmağa başlayıb. Son 40 il ərzində, o, uşaq düşərgəsində dəstə başçısı kimi Odessaya gedib, yarım il Uzaq Şərqdə sovet balıqçı dənizçiləri ilə gəmidə yaşayıb və ondan çox diplomatik vəzifə dəyişə bilmişdi. Moskvaya o, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini kimi (bu, Dövlət Departamentində mahiyyətcə üçüncü vəzifədir) gəlib.

BBC

Xəbərlər

Leave a Comment