Antiterror əməliyyatları zamanı şəhid olmuş hərbçilərin kredit borcu silinəcək – Xeberler | En Son Xeberler | Son Xeberler

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

Banker.az bu barədə ABA-ya istinadən xəbər verir.

Məlumata görə, iclasda, lokal xarakterli antiterror tədbirləri çərçivəsində Qarabağda qanunsuz yerləşmiş terrorçuların zərərsizləşdirilməsi, ölkənin suverenliyinin bərpası uğrunda şəhid olmuş və yaralanmış hərbçilərimizlə əlaqədar aşağıdakı qərarlar qəbul olunub:

– Şəhid olmuş hərbçilərimizin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam silinsin;

– Yaralanmış hərbçilərimizin banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinsin.

 

Banker.az

Xəbərlər

Leave a Comment