Azərbaycan ordusuna məxsus “KamAZ” minaya düşüb: ölən və yaralanan var

Yayımlandı: 25 Sentyabr 2023 13:30

Nazirlik hadisəni terror kimi qiymətləndirib

Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus “KamAZ” markalı hərbi nəqliyyat vasitəsinin minaya düşdüyü bildirilir.

Bu barədə sentyabrın 25-də Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan mövqelərinin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində hərbçilər Əkrəm Şadmanov və Tural Seyidov şəhid olub”, – deyə rəsmi açıqlamada qeyd olunub.

Nazirlik digər hərbçi Elvin Əliyevin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını əlavə edib:

“Yaralı hərbçiyə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur”.

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment