Mərkəzi Bank dövriyyəyə yeni qəpiklər buraxır [foto] – Xeberler | En Son Xeberler | Son Xeberler

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 5 qəpiklik metal pul nişanları 25 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.

Tədavülə buraxılan yenilənmiş 5 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunmuşdur.

Yenilənmiş 5 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılmışdır.

Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır.

Banker.az

Xəbərlər

Leave a Comment