Xankəndidə vəziyyət necədir? – BBC News Azərbaycanca

Şəklin mənbəyi, Siranuş Sargsyan/X

Xankəndi şəhərində elektrik və rabitə əlaqəsi məhduddur, Xankəndidə olan yerli jurnalistlər X sosial media hesablarından yazırlar.

Yerli jurnalist Siranuş Sargsyan yazıb ki, “bu gün səhər saatlarında Xankəndi şəhərində eşidilmiş atəş səsləri dayanıb, lakin insanlar hələ də təşviş içindədirlər”.

“Azərbaycan silahlı qüvvələri atəşkəs sazişini pozaraq Stepanakertə bitişik ərazilərdən müxtəlif növ odlu silahlardan atəş açır”, – deyə Qarabağ polisinin açıqlamasında da bildirilib.

Azərbaycan Müdafiə Nazirliyi bu iddianı “tamamilə yalan” adlandırıb.

Bu gün Rəsmi Bakının və Qarabağın erməni sakinlərinin nümayəndələri Azərbaycanın Yevlax şəhərində Qarabağın etnik əhalisinin reinteqrasiyası ilə bağlı görüşüb, müzakirələr aparıdıqları vaxt X sosial mediasında bəzi erməni istifadəçilər Xankəndi yaxınlığında atəş səsləri eşitdiklərini yazıblar.

“Çoxları təşviş içində qohumlarından xəbər almağa çalışırlar”, – Siranuş Sargsyan şəhərdəki vəziyyəti təsvir edib.

qarabağ

Şəklin mənbəyi, Siranuş Sargsyan/X

Qarabağ rəsmilərinin cümə axşamı günü yaydıqları bəyanatda deyilir ki, hakimiyyət Rusiya sülhməramlılarına atışmaların dayandırılması tələbi ilə “təcili tədbirlər” üçün müraciət edib.

Təhlükəsizlik səbəblərini əsas gətirərək, separatçı qurumun rəhbərliyinin bəyanatı, həmçinin Stepanakert sakinlərini sığınacaqlarda və digər zirzəmilərdə qalmağa çağırıb.

qarabağ ermənilər

Şəklin mənbəyi, Marut Vanyan/X

Azərbaycan çərşənbə axşamı günü Qarabağda “lokal antiterror əməliyyatı” keçirib. Əməliyyatların növbəti gün Azərbaycanın tələbindən sonra, bu gün Yevlax şəhərində görüş olacağı razılaşması ilə başa çatdığı bildirilib.

Yerli jurnalist Siranuş Sargsyanın paylaşdığı bir videoda şəhərdə uşaqlı-böyüklü bəzi şəxslərin əllərində çantalar harasa getdikləri görünür.

Dünən Qarabağın “keçmiş ombudsmanı” Artak Beglaryan X-da yazmışdı ki, minlərlə Xankəndi sakini Azərbaycan hərbi qüvvələrinin “xüsusən atəşkəs elanından sonra Xankəndi şəhərinə yaxınlaşdığına görə rus sülhməramlılarının qərargahı yaxınlığına toplaşıb”.

“Onlar daha yaxşı mühafizə və helikopterlə təxliyə tələb edirlər”, – cənab Beglaryan bildirib.

Qarabağ ermənilər Xankəndi Rusiya

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

Hüquq müdafiəçisi Artak Beglaryan indiyədək “Artsax-da azı 200 nəfərin öldüyünü, azı 400 nəfərin yaralandığını”, 10 mindən çox şəxsin evlərini tərk etdiyini yazıb. O bu rəqəmin artacağını istisna etməyib.

BBC bu məlumatı müstəqil mənbələrdən dəqiqləşdirə bilməyib.

Rusiya sülhməramlıları isə “Qarabağdan 5 minə yaxın mülki əhalini evakuasiya edib”, cümə axşamı Rusiya Müdafiə Nazirliyinin saytında bildirilib.

“Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə münaqişə tərəfləri ilə hərbi əməliyyatların tam dayandırılması barədə razılıq əldə olunub. Vəziyyət gecə-gündüz nəzarətdə saxlanılır”, – Rusiya MN bildirir.

Azərbaycanın Qarabağdaki erməni əhalisi “atəşkəsə razılaşıb”. Çərşənbə günü Azərbaycan hakimiyyəti bildirib ki, döyüşən şəxslər silahları təhvil verməyə başlayıblar.

Ermənilər sığınacaq Stepanaker qarabağ xankəndi

Şəklin mənbəyi, X sosial mediası

Separatçı qurumun təmsilçisi David Babayan cümə axşamı günü Reuters-ə bildirib ki, Qarabağdakı etnik ermənilərin silahlarını təhvil verməzdən əvvəl təhlükəsizlik qarantiyasına ehtiyac var.

“Azərbaycan 120 min etnik erməni əhalisinin yaşadığı Dağlıq Qarabağı tam nəzarəti altına götürməyə çalışır. Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır.

Ancaq ermənilər ehtiyat edirlər ki, Azərbaycanın nəzarəti ələ keçirməsi etnik təmizləməyə və Qarabağ ermənilərinin qaçmağa məcbur edilməsinə səbəb ola bilər”, – BBC News-dan Michael Ertl yazır.

ermənilər qarabağ

Şəklin mənbəyi, Rusiya MN

Azərbaycan Qarabağda “antiterror əməliyyatlara” başladığını elan etdikdən saatlar sonra Qarabağdan yüzlərlə şəxs evakuasiya edilib. Ötən gün Rusiya Müdafiə Nazirliyi sülhməramlıların köməyi ilə Qarabağ ərazisindən təxminən 2 min erməninin evakuasiya olunduğunu açıqlanmışdı.

Qurumun sentyabrın 21-nə olan məlumatına görə, “Dağlıq Qarabağın bütün təxliyə edilmiş sakinləri istirahət yerləri və isti yeməklə təmin olunub. Rusiya xüsusi təyinatlı tibb dəstəsinin hərbi həkimləri mülki şəxslərə ixtisaslı tibbi yardım göstərir”.

Çərşənbə günü X sosia media hesablarında bəzi şəxslər etnik erməni əhalisinin yaşadığı Xankəndi şəhərində əllərində səfər çantaları olan qadın və kişilərin fotolarını paylaşıblar.

Rusiya Müdafiə Nazirliyinin yaydığı görüntülərdə əhalinin əllərində çantalarla “təhlükəli ərazilərdən uzaqlaşdırıldığı” görünür.

Xankəndi şəhərindən olan erməni jurnalist Marut Vanyan Azərbaycanın “antiterror əməliyyatları başladıqdan indiyədək” Xankəndi şəhərindən paylaşımlar edərək “əhalinin gecəni sığınacaqlarda keçirdiyini, uşaqların yatdığını, anaların isə yatmağa yer olmadığı üçün səhərədək onların yanında oturduğunu” yazıb.

Xankəndi Ağdərə Xocalı Qarabağ ermənilər

Şəklin mənbəyi, Artak Beglaryan/X

Xankəndi sığınacaq

Şəklin mənbəyi, Siranuş Sargsyan/X

Qarabağ Azərbaycan Stepanakert Xankəndi

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi

Dağlıq Qarabağdaki kəndlərdən birində tibb bacısı işləyən Sevan Mandjikyan Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində “Rusların uşaqları Laçın dəhlizindən keçirmək istədiklərini, lakin onların maşınlarına atəş açıldığını” – iddia edib.

Separatçı “Dağlıq Qarabağ rəhbərliyi” hücum başladıqdan bəri ikisi mülki şəxs olmaqla 27 nəfərin həlak olduğunu və çox sayda insanın yaralandığını açıqlayıb.

Ermənilər Qarabağ

Şəklin mənbəyi, X sosial mediası

Jurnalist Marut Vanyan bu səhər Xankəndi şəhərində artilleriya atəşinin eşidildiyini yazıb. Jurnalist daha sonra atəş səslərinin eşidildiyi video görüntülər paylaşıb.

Xankəndi şəhərindən olan digər bir jurnalist Siranuş Sargsyan çərşənbə səhəri X-da (keçmiş Twitter) “daha bir yaşayış binasının atəşə tutulduğunu” yazıb.

Dağlıq Qarabağ Qarabağ ermənilər qarabağ erməniləri

Şəklin mənbəyi, TASS

Siranuş Sargsyan paylaşdığı videoda atəşə tutulduğunu dediyi binadan bir neçə şüşəsi qırılıb-tökülmüş qapı şəkillərini, eyni zamanda atəşə məruz qalmış boz rəngli bir maşının görüntülərini paylaşıb. Bundan əvvəlki paylaşımında isə Siranuş Sargsyan zərbə nəticəsində ciddi zərər görmüş binanın görüntüsünü paylaşmışdı.

Jurnalist, həmçinin, bu səhər çörək və çay əldə edə bildiklərini də yazıb.

Xankəndi Dağlıq Qarabağ Qarabağın erməni əhalisi

Şəklin mənbəyi, Siranuş Sargsyan/X

ermənilər

Şəklin mənbəyi, Zvezdanews

Şəklin alt yazısı,

Qarabağı tərk edən ermənilər

ermeniler

Şəklin mənbəyi, Zvezdanews

Separatçı “DQR ombudsmanının rəsmi” X səhifəsində 9 saat əvvəl “Azərbaycanın Ağdərədə (ermənilər bu şəhəri Mardakert adlandırır-red.) yerləşən yüksək gərginlikli elektrik bazasını hədəf alması nəticəsində “Artsax sakinlərinin 12 saatdan çox elektriksiz qaldığını” açıqlayıb.

Yerli jurnalist Marut Vanyan da bildirib ki, dünəndən bölgədə elektrik enerjisinin verilişi kəsildiyi üçün, o, gecə elektrik enerjisinin olduğu xəstəxanaya üz tutmalı olub.

Xankəndi telefonlar zaryadkada

Şəklin mənbəyi, Marut Vanyan/X

Qarabağın Mets Şen kəndindən olan tibb bacısı Sevan Mandjikyan Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində “partlayış başlayan kimi qadınlar və uşaqlar kənddən təxliyə edilərək Rusiya sülhməramlılarının postlarına aparıldığını” demişdi.

Mandjikyan əri ilə birlikdə kənddə qalanlardandır. O, vurğulayıb ki, onlar yaralı olarsa, kömək etmək üçün qalmağa qərar veriblər.

Mandjikyanın sözlərinə görə, Rusiya sülhməramlıları qadın və uşaqları Laçın dəhlizi ilə, Həkəri körpüsündən keçərək Dağlıq Qarabağdan çıxarmağa cəhd ediblər, lakin azərbaycanlılar sülhməramlıların maşınlarını atəşə tutmağa başlayıblar.

“Saat 7 radələri olardı, uşaqları, qadınları Mets Şenə aparmaq istəyirdilər, azərbaycanlılar deyirdilər ki, yol açıqdır, kim getmək istəyirsə, getsin. Onlar uşaqları və qadınları Laçından, Həkəri körpüsündən keçirmək istəyirdilər, lakin hələ rus postundan bu kəndə çatmamış onlar [azərbaycanlılar] artıq rusların maşınlarını atəşə tutublar, ona görə də bir az gecikmə olub. O maşınlardaki qadın-uşaq Həkəri körpüsünə çıxmaq istəyirdi, maşınlara atəş açıblar, ona görə də ruslar uşaqları çıxara bilməyib, indi hamısı buradadır”, – Mets Şen kəndindən olan tibb bacısı Azadlıq Radiosunun erməni xidmətinə deyib.

Qarabağda əməliyyatlar başladıqdan sonra rəsmi Yerevan Bakını “etnik təmizləmədə” ittiham edib. Azərbaycan isə deyib ki, Qarabağda mülki əhali və mülki infrastruktur hədəfə alınmır, yalnız “legitim hərbi obyektlər” zərərsizləşdirilir.

Bakı bəyan etmişdi ki, Qarabağ sakinlərinə humanitar dəhliz təklif edib.

“Laçına gedən yol boyu və digər istiqamətlərdə əhalinin təxliyyəsini təmin etmək üçün humanitar dəhlizlər və qəbul məntəqələri yaradılıb”, – deyə Azərbaycan hakimiyyəti bildirib.

Qarabağ qarabağ erməniləri qarabağın etnik sakinləri ermənilər

Şəklin mənbəyi, ARTSAKH PUBLIC TV

“Artsax Defence” X-da yazıb ki, Separatçı “Dağlıq Qarabağın yeni rəhbərliyi” “öncəliyimiz Artsax sakinlərinin olduğu üçün vacib ölçülərin götürülməsi, uyğun addımların atılması vacibdir” deyib.

Bundan əvvəl Qarabağın etnik erməniləri təslim olana qədər dayanmayacaqlarını bildiriblər.

Çərşənbə axşamı günü Qarabağın etnik erməni əhalisi atəşkəs və danışıqlar üçün Azərbaycana müraciət etsə də, Azərbaycan hökuməti bildirmişdi ki, rəsmi Bakının məqsədi dağlıq Qarabağın geri qaytarılmasını başa çatdırmaqdır, atəşkəs və danışıqlar üçünsə qarşı tərəfin “ağ bayraq qaldırması” tələb olunur.

Bugünki danışıqlara getməklə bağlı razılaşmadan əvvəl də rəsmi Bakı danışıqlara hazır olduğunu bildirmişdi, lakin hakimiyyət bunun üçün Dağlıq Qarabağdaki “qeyri-qanuni erməni hərbi birləşmələrinin “ağ bayraq qaldırmaq” və “qeyri-qanuni rejimi” ləğv etmək tələbini irəli sürmüşdü.

Yazı BBC Azərbaycan saytından götürülüb

Leave a Comment