Ekspert: “Azərbaycanın antiterror tədbirləri regionda sülh və sabitliyə töhfə verəcək” – Xeberler | En Son Xeberler | Son Xeberler

“Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda, yəni öz ərazisində həyata keçirdiyi antiterror tədbirləri regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.

“Azərbaycan bölgənin əsl sahibi kimi bütün məsələləri həll edə bilər. Antiterror tədbirlərinin məqsədi Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və onun ərazisi üzərində tam nəzarətinin bərqərar olması idi”, – o vurğulayıb.

Politoloq xatırladıb ki, Azərbaycan Ermənistanın üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün antiterror tədbirlərinə başlayıb: “Ermənistan öz hərbi birləşmələrini Qarabağdan çıxarmayıb. Üstəlik, bölgədə atəşkəs davamlı olaraq pozulur və təxribatlar baş verirdi. Bu da təbii ki, qəbuledilməz idi”.

D.Qrevtsova Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana vermədiyini, insanların minaların partlaması nəticəsində həlak olduğunu vurğulayıb: “Daha sonra məlum olub ki, bu minalar 2020-ci ildən sonra basdırılıb. Bu isə o deməkdir ki, Ermənistan regionda sülhə və Azərbaycanla sülh sazişi imzalamağa qətiyyən səy göstərməyib”.

Mənbə:Report

Xəbərlər

Leave a Comment