ADR üzvünün harada saxlanıldığı məlum deyil

Yayımlandı: 19 Sentyabr 2023 16:24

Polislər Ənvər Ağamalızadəni yaşadığı evin həyətində saxlayıblar

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) üzvü Ənvər Ağamalızadənin saxlandığı bildirilir.

Yaxınlarının verdiyi məlumata görə, Ənvər Ağamalızadə sentyabrın 19-da səhər saatlarında evdən mağazaya getmək adıyla çıxıb. Elə yaşadığı binanın həyətində də saxlanılıb.

Onu maşına mindirib aparıblar. Hara apardıqları məlum deyil. Onu aparanda saat təxminən 9 olardı. O vaxtdan onunla əlaqə saxlamaq mümkün deyil”, – partiyadan belə deyilib.

Ənvər Ağamalızadənin hara aparıldığı və hazırda harada saxlandığı barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də məlumat almaq mümkün olmayıb.

40 ildən çox riyaziyyat müəllimi işləmiş Ənvər Ağamalızadə bundan əvvəl də bir neçə dəfə qısamüddətli saxlanılıb. Hətta avqust ayında da onu polislərin gəlib yaşadığı mənzildən aparması haqda məlumat yayılmışdı.

Sonradan Ənvər Ağamalızadə açıqlamasında saxlanılarkən ona qarşı zorakılıq olduğunu da bildirmişdi. Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu barədə məlumatları təkzib etmişdi.

Ənvər Ağamalızadə Milli Şuranın 19 oktyabr 2019-cu ildə keçirdiyi mitinqdə gündəmə gəlmişdi. Həmin mitinqdə o, polislərin vətəndaşlara qarşı zorakılığına etiraz edirdi.

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment