Haaqa Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddialarına baxır

Yayımlandı: 19 Sentyabr 2023 12:24

Kiyevin soyqırım cinayəti ilə bağlı iddiaları dinlənilir

Sentyabrın 18-dən 27-dək Haaqa Beynəlxalq Məhkəməsində Ukraynanın Rusiyaya qarşı iddiası əsasında dinləmələrin ilkin mərhələsi başlayıb.

Ukrayna 2 ilə yaxındır ki, Rusiyanın tammiqyaslı hərbi müdaxiləsi zamanı soyqırım cinayəti törətdiyini iddia edir. Bu da öz növbəsində “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın pozulması deməkdir.

Ukrayna Rusiyanın cəzalandırılmasını tələb edib.

Ukrayna məhkəməyə müraciəti  2022-ci il fevralın 27-də edib, yəni Rusiyanın hərbi müdaxiləsinin başlamasından üç gün sonra.

Ekspertlər düşünürlər ki, məhkəmə Kiyevin xeyrinə qərar qəbul etsə belə, bu, müharibəni dayandırmayacaq. Amma gələcək təzminat ödənişlərinə təsir göstərə bilər.

Rusiya sentyabrın 18-də Ukraynanın arqumentinə etiraz edərək məhkəməni işi rədd etməyə çağırıb.

Məhkəmənin daha öncəki qərarında bildirilib ki, Ukraynanın iddiasına daha 32 ölkənin qoşulmaq hüququ var.

Bunlar demək olar ki, bütün Avropa ölkələri, həmçinin Kanada, Avstraliya və Yeni Zelandiyadır.

ABŞ-ın müraciətinə gəlincə, rəsmi rədd edilib.

Rusiya Xarixi İşlər Nazirliyi (XİN) daha öncə Kiyevin iddiasını əsassız saymışdı.

Bildirmişdi ki, Ukrayna Rusiyanın keçirdiyi “xüsusi hərbi əməliyyat”ın hüquqiliyini və qondarma DXR və LXR-in statusunu mübahisələndirir. Buna görə də sözügedən Konvensiyaya aidiyyatı yoxdur.

Ukrayna tərəfi isə düşünür ki, Rusiyanın Ukraynadakı hərəkətlərində soyqırım cinayətlərinin tərkibi var.

Buna misallardan biri kimi ukraynalı uşaqların zorla Rusiyaya deportasiya olunması göstərilir.

Yazı Meydan.tv saytından götürülüb

Leave a Comment