Su – Metbuat.org https://metbuat.org Wed, 24 Jul 2024 16:30:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.6.2 https://metbuat.org/wp-content/uploads/2023/07/cropped-298011630_108014162012710_263532087096500316_n-32x32.jpg Su – Metbuat.org https://metbuat.org 32 32 Xəzər dənizində boğulmamaq üçün nə etməli, harada çimməli? 5 suala cavabda https://metbuat.org/?p=7435 https://metbuat.org/?p=7435#respond Wed, 24 Jul 2024 16:30:36 +0000 https://metbuat.org/?p=7435 Read more

]]>

Şəklin mənbəyi, Getty İmages

  • Müəllif, Aygül Mehman
  • Vəzifə, BBC News Azərbaycanca

Bazar günü Bilgəh qəsəbəsində bir nəfər şəxs dənizdə boğulub, onun axtarışlarına helikopter də cəlb olunub, Fövqəladə Hallar Nazirliyi açıqlayıb.

Azərbaycanda çimərlik mövsümü başlayandan bəri qadağan olunmuş su hövzələrində, qeyri-çimərlik ərazilərdə boğulub həyatını itirənlər olub. Rəsmi qurumların yaydığı məlumatda deyilir ki, boğulanlar bir sıra hallarda nəzarətsiz ərazilərdə suya girir.

Bəs, Xəzərdə boğulmamaq üçün nə etmək lazımdır? Beş suala cavabda oxuyun.

1. Boğulmaların əsas səbəbləri hansılardır?

Mütəxəssislər Xəzər dənizində boğulmaların səbəbini, əsasən, küləkli hava, onun Xəzərdə yaratdığı sualtı burulğanlar, küləyin suyun altına yığdığı yad cisimlər (suya baş vuran insanların müxtəlif xəsarətlər almasına səbəb olur), bəzi şəxslərin suda bəhsə girib daha uzağa üzməyə çalışması, alkoqollu içki qəbulundan sonra suya girmək və valideynlərin uşaqlarını çox qısa müddətə olsa belə diqqətsiz qoyması ilə əlaqələndirirlər.

İqlimlə əlaqədar olaraq, Xəzər dənizində ilin 250 günü küləkli hava müşahidə olunur. Nəticədə dənizdə uçqun, yarğan və burulğanlar əmələ gəlir.

Azərbaycan qanunveriliciyinin tələbinə görə, küləyin sürəti saniyədə 10 metri keçirsə, yəni təxminən 6-7 bal gücündə olarsa, o zaman dənizə girmək qadağandır, təhlükəlidir və məsləhət görülmür.

Dəniz dənizdə çimmək dəniz suyu

Şəklin mənbəyi, Getty Images

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Aqşin Əlili BBC News Azərbaycancaya deyir ki, “təhlükə ilə bağlı edilən bütün xəbərdarlıqlara rəğmən insanlar yenə də küləkli havalarda suya girirlər”.

Mütəxəssislər hesab edirlər ki, yaxşı üzə bilən şəxslərin “bacarıramsa, deməli istədiyim yerə qədər üzə bilərəm” deyib məsafəni hesablamaması da boğulmalara səbəbdir.

“Lakin adamlar sağlamlıq, insan bədənin suda verdiyi reaksiyalar, qıcolma ehtimalı kimi müxtəlif amilləri mütləq nəzərə almalıdırlar”, – o deyir.

Dəniz dəniz mövsümü Yay yay, günəş, dəniz

Şəklin mənbəyi, GÜLƏR ABBASOVA

2. Burulğana düşdükdə, boğulmamaq üçün nə etməli?

Burulğanlar şimal küləyi əsərkən, dalğa hansı sürətlə sahilə gəlirsə, həmin istiqamətdə də suyun altı ilə əks olunması nəticəsində yaranır və həmin ərazidə suda olan şəxs boğulma təhlükəsi ilə üz-üzə qalır. “Burulğanın şəklinə baxsaq görərik ki, o, bir qədər mailidir. Yəni burulğanın dibi ilə üzünü müqayisə etsək o ya sağa, ya da sola doğru meyllənir”, – Aqşin Əlili deyir.

Buna görə də burulğana düşərkən suya tabe olub onun dibinə getmək torpağa təmas edərək yenidən yuxarı qalxmaq lazımdır. Belə olduğu halda şəxsin xilas olma ehtimalı çox yüksəkdir. Burada əsas məsələ panikaya düşməməkdir.

Mütəxəssislər burulğana düşən şəxslərin əynində uyğun geyimin olmamasının onların boğulmasında böyük rol oynadığını deyirlər. Suda belə vəziyyətlə üzləşən şəxslərin əynindəki gen-bol geyimin içində hava boşluqlarının qalması bu şəxsləri panikaya sala bilən amillərdəndir.

Sularda xilasetmə əməliyyatı saniyələr tələb edir. Ona görə də kiminsə batdığını, boğulduğunu görərkən də panikaya düşmək olmaz. Xilasetmə xidmətinə boğulan şəxs barədə nə qədər tez məlumat verilsə, həmin şəxsin xilas olma şansı daha çox olur.

Dəniz mövsümü Yay fəsli yay çimərlik mövsümü Yay dəniz suda batmaq dənizdə boğulmaq dənizdə boğulmamaq üçün dənizdə boğulmamaq üçün nə etməli üzmək dənizdə üzmək

Şəklin mənbəyi, GÜLƏR ABBASOVA

3. Bəs, harda çimməli?

Rəsmi məlumatlara görə, Azərbaycanda Xəzərin şimalından cənubuna 950-dən artıq məntəqə var. Üstəlik ölkədə çaylar, göllər, kanallar, su anbarları və digər sututarlar da mövcuddur.

Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ölkə sularında 35 xilasetmə məntəqəsi, 8 dalğıc-axtarış qrupları fəaliyyət göstərir. Bunun 25 xilasetmə məntəqəsi Bakı və Abşeron yarımadasının payına düşür.

İyirmi beş məntəqə müvafiq olaraq, dövlət tərəfindən ictimai çimərlik kimi nəzərdə tutulan ərazilər – Mərdəkan, Buzovna, Bilgəh, Zuğulba, Qızılqum və Pirşağıda yerləşir, Nardaran çimərliyində isə xidmətin iki xilasetmə məntəqəsi var.

Vətəndaşlar bu ərazilərdəki çimərliklərdə istirahət edə bilərlər.

4. Suya girməzdən öncə nəyə diqqət etməli?

Çimərliklərdə ölüm faktlarının bir hissəsi isə insanların sağlamlıq vəziyyətilə bağlıdır.

Həkimlərin Təkmilləşdirilməsi İnstitunun kafedra müdiri Faiq Quliyev ürək-damar xəstəlikləri olan şəxslərin yayda dənizə getməzdən əvvəl mütləq həkim məsləhəti almalı olduğunu deyir: “Əgər əks göstəriş varsa, bu, həyatı təhlükə daşıyır, suya girmək olmaz”.

Ümumiyyətlə isə çimərliyə günün hansı saatlarında getmək məsələsində mütəxəssislər hesab edir ki, “günorta saat 12-dən axşam 5-ə qədər olan zaman kəsimində birbaşa günəş şüaları altında uzanmaq və ya suya girmək sağlam insanlar üçün də xeyli zərərli ola bilər”.

Dəniz qumsal qumluq çimərlik çimərlik mövsümü

Şəklin mənbəyi, GULAR ABBASOVA

Şəklin alt yazısı, “Qanunveriliciyin tələbinə görə, küləyin sürəti saniyədə 10 metri keçirsə, dənizə girmək qadağandır, təhlükəlidir, məsləhət görülmür”.

Suya girməyi planlaşdırdığınız ərazidə isə ilk öncə üç əsas məsələyə diqqət etmək lazımdır.

  • Ərazidə xilasedicilərin müşahidə qülləsi mövcuddurmu?
  • Xilasedicilər varmı?
  • Ətrafda həmin ərazidə çimməyə icazə verilib-verilməməsi ilə bağlı hər hansı məlumat lövhəsi qoyulubmu?

Bütün bu sadalananlar yoxdursa, o zaman həmin yerdə suya girmək insan həyatı üçün təhlükəlidir.

Fövqəladə Hallar Nazirliyi ölkədəki su hövzələrinin hər birində və Xəzər dənizi boyunca xilasedicilər təyin etməyin mümkünsüz olduğunu bildirir.

Sularda Xilasetmə Dövlət Xidmətinin Azərbaycanda təhlükəsizlik qaydalarına əməl etməyən özəl çimərliklərin rəhbərlərinə bu məsələ ilə bağlı hər hansı təsir mexanizmi yoxdur.

“Sahil ətrafındakı hər bir çimərlik obyektində təhlükəsizlik tədbirlərini görmək, öz ərazisini xilasedici və xilasetmə texnikası ilə təmin etmək, ərazidə üzmə sərhədlərini göstərən nişan qoymaq sözügedən obyektləri işlədən sahibkarların istəyinə bağlıdır.

BBC Dəniz Çİmərlik Miçərlik mövsümü yay yay fəsli yayda dənizə getmək

5. Gecə dənizdə çimmək olarmı?

Gecə vaxtı dənizə girmək olmaz. Qaranlıq olduğu üçün suya girmiş şəxslər məhdudlaşdırıcı nişanları görməyib uzaq məsafəyə gedə bilərlər. Üstəlik xilasedicilərin gecə saatlarında boğulma ehtimalı olan şəxsləri görmək imkanı da yoxdur.

Ona görə də mütəxəssislər çimərliklərdən istifadə üçün səhər saat 9-dan 12-yə, axşam isə saat 4-dən 8-dək olan müddəti çimərliyə getmək üçün ən uyğun vaxt hesab edirlər.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=7435 0
İqlim dəyişikliyinin təsiri ilə Xəzər dənizində suyun səviyyəsi azalır: “Problem çox ciddidir, sahilyanı ölkələr əməkdaşlıq etməlidir” https://metbuat.org/?p=4905 https://metbuat.org/?p=4905#respond Sat, 30 Dec 2023 15:12:04 +0000 https://metbuat.org/?p=4905 Read more

]]>

Şəklin mənbəyi, Getty İmages

Şəklin alt yazısı,

Türkmənistanın Türkmənbaşı limanı yaxınlığındakı Avazada gəmilərin yanaşdığı körpü indi quruda qalıb

“Əvvəllər Türkmənbaşıdan Xəzər şəhərinə gəmi ilə gedərdim”, – illərdir kruiz gəmilərində işləyən Batır Yusupov deyir.

Dünyanın ən böyük qapalı dənizi olan Xəzərdəki bu marşrut suyun azalmasına görə artıq istifadə oluna bilmir.

“Dənizdə ciddi lillənmə (dəniz dibində çöküntü toplanması) olduğundan bu marşrut bir ildir ki, ləğv edilib”, – 36 yaşlı dənizçi Fransanın AFP xəbər agentliyinə bildirib.

Türkmənistandan başqa Azərbaycan, Rusiya, Qazaxıstan və İran da Xəzəryanı ölkələrdir.

Avropa ilə Asiyanı bir-birindən ayıran 371 min kvadrat kilometrlik sahəyə malik Xəzər dənizi ərazicə Almaniyadan böyükdür. Lakin onun Almaniyadan əhəmiyyətli bir fərqi var: səthi hər il kiçilir.

Bunun səbəbləri haqqında çox az araşdırma aparılıb. Buna görə də mütəxəssislərin fərqli nəzəriyyələri var. Ancaq səbəb nə olursa olsun, onlar iqlim dəyişikliyinin mövcud vəziyyəti daha da pisləşdirdiyi ilə razılaşırlar.

Xəzər dənizi və ətrafında yerləşən ölkələr
Şəklin alt yazısı,

Xəzər dənizi və ətrafında yerləşən ölkələr

Xəzər şəhərinin peyk görüntüləri dənizin 800 metr geri çəkildiyini göstərir. Ona görə də dənizdəki bir ada getdikcə quruya birləşir.

Buna görə də Batır sərnişinləri Qızılsu yarımadasına aparır. Ancaq ordakı vəziyyət də o qədər yaxşı deyil. Quruda qalan gəmilər də bunun bariz göstəricisidir.

Qızılsudakı evi dalğalara qarşı qum yüksəklikləri ilə qorunan 40 yaşlı Ayça deyir ki, köhnə limanın dərinliyi “kifayət etmədiyi üçün yeni liman tikilir”.

Onun sözlərinə görə, hətta tufan olanda belə artıq dalğalar onun evinə çata bilmir.

Dənizin geri çəkilmə səbəbləri

Qazaxıstanda öz taleyinə buraxılmış gəmilər

Şəklin mənbəyi, Getty İmages

Şəklin alt yazısı,

Qazaxıstanda öz taleyinə buraxılmış gəmilər

“Dəniz səviyyəsinin dəyişməsi dənizin dibinə təsir edən tektonik hərəkətlər və seysmik fəaliyyətlər nəticəsində baş verir”, – türkmən alimi Nəzər Mouradov deyir.

O bildirir ki, Xəzərdə suyun səviyyəsi 1930-1980-ci illərdə azalıb, sonra yenidən artıb.

Digər tərəfdən, o, iqlim dəyişikliyinə də diqqət çəkir: “Ancaq bu dəyişikliyin iqlimlə bağlı səbəbləri də var: dəniz səviyyəsi çayların axınından asılıdır və çayların axını azalır”.

“Yağışın miqdarı azaldıqca, buxarlanma sürəti artır”, – o deyir.

Mərkəzi Asiya iqlim dəyişikliyindən çox təsirlənir. Bu bölgə iyirminci əsrin ən böyük ekoloji fəlakətlərindən biri olan Aral gölünün qurumasının təsirini hələ də hiss edir.

Türkmənistanın ən böyük sahil şəhəri Türkmənbaşıda dəniz qarşısıalınmaz şəkildə çəkilir.

Xəzərdə mütəmadi üzən 35 yaşlı şəhər sakini Liyudmila Essenova dənizə girərək: “Keçən yay su çiyinlərimə qədər idi, sonra belimdən oldu, bu il dizdən aşağıdır”, – deyir.

Xəzər dənizi

Şəklin mənbəyi, Getty İmages

Essenova indi üzə bilmək üçün dənizdə bir xeyli yeriyərək irəli getməlidir.

Ancaq lillənmə də ciddi problemlər yaradır. Ən əsas da iqtisadi problemlər…

Lillənmə Xəzər sahilindəki infrastruktura təsir etsə də, Mərkəzi Asiyanın ən böyük limanı olan və Avropa ilə Asiya arasındakı ticarətdə mühüm əhəmiyyət kəsb edən Türkmənbaşı da bundan əziyyət çəkir.

Son vaxtlarda Türkmənistanın və Xəzər dənizinin kommersiya əhəmiyyətini artıran iki hadisə baş verib.

Bunlardan biri Rusiyanın Ukraynada başlatdığı müharibə idi. Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqı (Aİ) ölkələri təbii qaz ehtiyatlarını şaxələndirmək üçün müxtəlif yollar axtararkən gözlərini Azərbaycan və Türkmənistana dikdilər.

İkinci hadisə Dağlıq Qarabağ münaqişəsinin həlli oldu.

Gələn ilin əvvəlində Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişindən sonra Türkmənistanın təbii qazı Azərbaycandan keçməklə Türkiyə və Avropa ölkələrinə ötürülə bilər.

Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsinin enerji və nəqliyyat sektorunda tranzit ölkə olmaq istədiyini açıqlayıb və “Sülh qovşağı” adlı layihəsini təqdim edib.

“Ən aktual problem”

Vəziyyət o qədər ciddidir ki, adətən, qapalılığı və problemlər haqqında danışmamaları ilə məşhur olan Türkmənistan idarəçiləri bu məsələ ilə bağlı açıqlama verməyə ehtiyac duyurlar.

Karbohidrogenlərlə zəngin və avtoritar bir hakimiyyətə sahib olan Türkmənistanın xarici işlər naziri Rəşid Meredov: “Son 25 ildə Xəzər dənizi 2 metr azalıb. Bu, nəinki narahatlıq yaradır, ondan da pisdir”, – deyir.

Meredov hesab edir ki, problemin böyüklüyünə görə sahilyanı ölkələr əməkdaşlıq etməlidir:

“Xəzər dənizinin çəkilməsi bizim daha çox diqqət yetirməli olduğumuz ən ciddi problemdir”.

Sahilyanı ölkələr arasında əməkdaşlıq hələ başlanğıc mərhələsindədir. Onlar Xəzər dənizinin statusu ilə bağlı 20 ildən artıq çəkən müzakirələrdən sonra, nəhayət 2018-ci ildə razılığa gəliblər.

Xəzər dənizi

Şəklin mənbəyi, Getty İmages

Şəklin alt yazısı,

Azərbaycanda, Xəzər dənizinin sahilində yerləşən Kür çayı axının azalması nəticəsində dəniz suyu ilə dolaraq dayazlaşıb

“Nadir ekosistemə malik Xəzər dənizinin ekoloji təhlükəsizliyini təmin etmək bizim ümumi maraqlarımıza uyğundur. Bu, sahilyanı ölkələrdə təbiətə və həyata təsir edir”, – Qazaxıstanın bəyanatında vurğulanır.

Suyun səviyyəsinin azalması və temperaturun artması Xəzər dənizində, xüsusilə suitilərin həyatına da təsir edir.

Qazaxıstan Prezidenti Kasım Comert Tokayev suitilərin vəziyyəti ilə “şəxsən maraqlandığını” və Xəzər dənizində araşdırma aparmaq üçün tədqiqat institutu yaratdığını açıqlayıb.

Xəzər və Aral regionda quraqlıqdan əziyyət çəkən yeganə su hövzəsi deyil. İranda Urmiya və Aydar göllərində də suyun səviyyəsi azalır.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=4905 0
Astarada sel: 40-a yaxın ailə evlərindən köçürülüb https://metbuat.org/?p=2711 https://metbuat.org/?p=2711#respond Mon, 18 Sep 2023 15:07:08 +0000 https://metbuat.org/?p=2711 Read more

]]>

Şəklin mənbəyi, Rövşən Heydərov

Şəklin alt yazısı,

Astaranın Siyaku kəndi

Bazar ertəsi Astaraya gələn sel nəticəsində 40 kəndin rayon mərkəziylə nəqliyyat əlaqəsi kəsilib, bəzi yerlərdə körpülər dağılıb və ya torpaq sürüşməsi you bağlayıb, evlər su altında qalıb, təsərrüfata zərər dəyib, BBC-yə danışan yerli bələdiyyə sədrləri və sakinlər deyiblər.

“İlkin vəziyyət çox pis idi. Sel 40 kəndi yolsuz qoymuşdu. Hazırda yol idarəsi və icra hakimiyyətinin köməkliyi ilə yol açılır. Hardasa 2 saata yolun bərpası müvəqqəti bərpa olacaq. Hadisə baş verəndən sonra icra başçısı və müavinləri, FHN-nin Cənub Regional Mərkəzinin rəhbərliyi gəlib kəndə baxış keçiriblər. Kənd sakinlərindən bizə kim məlumat veribsə, icra nümayəndəsi ilə birgə gedib çəkiliş etmişik. İcra nümayəndəliyində qaynar xətt nömrəsi qoymuşuq, insanlar ora məlumat verir, biz də o məlumatları rayon icra hakimiyyətinə ötürürük”, – Astara rayon Siyəku kənd bələdiyyə sədri Ramin Dədəyev bildirib.

“Hazırda mənim evim suyun altındadır. Bu gün FHN-dən bizim evə gələn olmayıb. Hazırda evimin ətrafı, zirzəmi, tövlənin içi, hər yer su ilə doludur”, – Ərçivan qəsəbə sakini Əli Yusifov BBC-yə bildirib.

Astaranın Şiyəkəran kəndinə sel gəlib

Şəklin mənbəyi, Rövşən Heydərov

Şəklin alt yazısı,

Astaranın Şiyəkəran kəndi

Şiyəkəran kənd bələdiyyə sədri Rövşən Heydərov BBC-yə bildirib ki, kəndin çay kənarında olan bir neçə evə ziyan dəyib.

“Əhalinin toyuq-cücəsi sel altında qalıb. Biz icra nümayəndəsi ilə birlikdə şikayət edən sakinlərin evinə gedib çəkiliş edirik, icra hakimiyyətinə göndəririk”.

Rövşən Heydərov BBC-yə deyib ki, hələlik FHN-dən Şiyəkəran kəndinə gələn olmayıb.

“Bizim əsas narahatlığımız avtomabil yolu körpüsüdür. 5-6 il əvvəl də belə sel gəlmişdi, onun alt dayaqlarının 5-6-sını yuyub apardı. Körpü də demək olar ki, çöküb aşağı, sallanıb. Hazırda orada fövqəladə vəziyyətdir, məlumat vermədiyimiz yer qalmayıb, baxan yoxdur”, – Rövşən Heydərov bildirib.

Yerli media yazıb ki, Astaraçayın daşması nəticəsində Ərçivan qəsəbəsində 200-ə yaxın fərdi evin həyətini su basıb. Bəzi yerlərdə suyun səviyyəsi bir metrdən yuxarı olub.

Astaranın Şiyəkəran kəndinə sel gəlib

Şəklin mənbəyi, Rövşən Heydərov

Şəklin alt yazısı,

Astaranın Şiyəkəran kəndi

Züngüləş kəndində Bəndəsər yaşayış massivində yerləşən Astara kiçik su elektrik stansiyasının (SES) bəndi üçün dağılma təhlükəsi yaranıb, Pensər-Taxtanakəran-Toradi avtomobil yolunun 5-ci km-də Vaqo kəndində yerləşən uzunluğu 25, eni 10 metr olan dəmir-beton körpü dağılıb, Taxtanakəran-Toradi avtomobil yolunun 20-ci km-də torpaq sürüşərək 30 metr məsafədə yolu bağlayıb, Report yazıb.

Astaranın Siyaku kənd sakini Pəhləvan Əliyev BBC-yə bildirir ki, gələn sel 30-40 il əziyyətini çəkdiyi və yeganə gəlir mənbəyi olan ağaclarını aparıb.

“30-40 mandarin ağacımı sel apardı. Mən də kasıb adamam, onunla dolanacaqdım. Bir oğlum var, onu da müharibəyə göndərmişdim. İndi onun müalicəsini edirəm. Dövlət ona 80 manat pul verir, çatdıra bilmirəm. Nə ilə dolanmalıyam mən?”, – Pəhləvan Əliyev deyib.

Pəhlivan Əliyevin sözlərinə görə, o, hələ may ayında kəndə sel gələrkən FHN-dən texnika istəyib:

“Onda hələ vəziyyət bu qədər qəzalı deyildi, sel mənə daha az ziyan vurmuşdu. Mən də qarşısını almaq üçün FHN-ə müraciət etdim. İki dəfə FHN-nin Cənub Regional İdarəsində müavinlərlə görüşdüm. Əməkdaşlar gəlib baxdı, dedilər ki, burada sahilbərkitmə işi aparılmalıdır, müraciət edəcəyik ki, gəlib işi görsünlər. Həmin vaxtdan bəri mən onlardan cavab ala bilməmişəm. Bir dənə texnika istədim ki, selin qarşısını alım, baxan olmadı. İndi 2 saat da yağış yağsa, evim də gedəcək, suyun evimə çatmasına 10 metr qalıb. Bu gün də FHN-dən mənə dəyən ziyana baxmağa gələn olmayıb”.

Astaranın Şiyəkəran kəndinə sel gəlib, əhaliyə ziyan vurub

Şəklin mənbəyi, Rövşən Heydərov

Şəklin alt yazısı,

Astaranın Şiyəkəran kəndi

BBC Astara İcra hakimiyyətindən və FHN-dən ittihamlarla bağlı cavab ala bilməyib.

FHN-nin bazar ertəsi yaydığı məlumata görə, intensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının subasmaya məruz qalmış ərazilərində qurum zəruri təhlükəsizlik tədbirləri görüb.

“Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan ümumilikdə 38 vətəndaş xilasedicilər tərəfindən təxliyə edilib, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri həyata keçirilib” FHN bildirir.

“Hazırda Astara rayonu, Ərçivan qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrindən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir. Bundan əlavə, Lənkəran rayonunda təhlükəsizliyin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə xidmət aparır”, qurumun məlumatında deyilir.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=2711 0
“Məktəbimiz bərbad, yolumuz bərbad, karxanalar da bir tərəfdən”- Qubada kənd sakinləri danışır https://metbuat.org/?p=2519 https://metbuat.org/?p=2519#respond Fri, 04 Aug 2023 14:46:52 +0000 https://metbuat.org/?p=2519 Read more

]]>

Amir Əkbərov 36 ildir coğrafiya müəllimi işlədiyi Zizik kənd tam orta məktəbindəki şəraitsizlikdən gileylənir. Onun sözlərinə görə, təhsil müəssisəsinin uzun illər əsaslı təmir olunmaması şagird sayının kəskin azalmasına gətirib çıxarıb.

Bizimlə həmsöhbət olan valideynlər kameramıza danışmaq istəməsələr də, məktəbin sinif otaqlarının bərbad vəziyyətdə olduğunu bildiriblər. Məktəb direktoru təhsil müəssisəsində çəkiliş aparmağımıza icazə verməsə də, kənardan məktəbin divarlarında çatların olduğunu görə bildik.

Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov BBC-yə deyib ki, hazırda şagirdlərin təhsil aldığı bina məktəb üçün nəzərdə tutulmayıb, buna görə də, kənddə yeni məktəbin tikilməsi planlaşdırılır.

450-500 ailənin yaşadığı Zizik kəndini Quba rayon mərkəzindən 5 dəqiqəlik məsafə ayırır. Sakinlər deyir gözdən uzaq olmasaq da, Quba rayon icra hakimiyyəti və digər aidiyyatı qurumların diqqətindən iraq düşmüşük.

Belə ki, orta məktəblə yanaşı sakinlər həm də kəndə gələn yolun yarımçıq təmir olunmasından şikayətçidirlər. Kəndlilər deyir sonuncu dəfə kəndin yolu 45 il əvvəl- 1978-ci ildə qismən təmir olunub. Onların sözlərinə görə, İkinci Qarabağ müharibəsi şəhidi Şahin Allahyarovun atasının aidiyyatı qurumlara müraciətindən sonra yenidən yolların təmirinə başlanılsa da, o öldükdən sonra işi başa çatdırmadılar.

Quba rayon icra hakimiyyətinin birinci müavini Tariyel İbrahimov BBC-yə açıqlamasında sözügedən təmir işlərinin icra hakimiyyətinin daxili imkanları hesabına aparıldığını bildirib. Bununla belə, o, kənddəki yol problemini diqqət mərkəzində saxladıqlarını və yaxın vaxtlarda yolun tam təmir olunacağını desə də, dəqiq tarix açıqlamayıb.

Zizik sakinlərini narahat edən digər məsələ isə kəndin yaxınlığından keçən Qudyal çayının yatağında fəaliyyət göstərən karxanaların gecə saat 1-ə, 2-yə, hətta 3-dək işləmələridir. Lakin çaya yaxın ərazilərdə yaşayan kəndlilər bu barədə müsahibə vermək istəmədilər. Onların sözlərinə görə, əvvəllər bu problemlə bağlı şikayət etdiklərinə görə, onlara təzyiq göstərilib.

Lakin bildirdilər ki, karxanaların yaratdığı səs-küydən daha təhlükəlisi isə çay yatağında aparılan qazıntı işləridir ki, bu da kənddə qrunt sularının aşağı düşməsinə səbəb olub. Nəticədə əvvəllər 70 metr dərinlikdən çıxardıqları içməli suyu indi 120-150 metrdən çətinliklə çıxarırlar. Biz də əraziyə baş çəkərkən çay yatağında qazıntı işlərinin şahidi olduq.

Sakinlərin narahatlığı ilə bağlı BBC Azərbaycanca Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə sorğu göndərdikdən sonra, qurum ərazidə yoxlamalar aparıb. Agentliyin mətbuat xidmətinin rəhbəri Nigar Orucova bildirib ki, keçirilən monitroinqlər nəticəsində çayın məcrasının genişlənməsi, dərinlik hüdudlarının aşılması halları müəyyən edilib.

Sakinlər iddia edirlər ki, karxanaların fəaliyyəti dayandırılmasa və onlar çay yatağını dərinləşdirməyə davam etsələr, kəndlilər bir neçə ilə içməli suya həsrət qala bilərlər.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=2519 0