Xankəndidə narkotik vasitələr və silahlar  aşkar edilib

Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram marixuana, həmçinin şəhər ərazisindən silah-sursat aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərdə 3,8 kiloqram marixuana, 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 11 tüfəng, 7 ədəd qumbara, 3 alışdırıcı, 25 patron darağı, 1718 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq  götürülüb.  

 

Saytların yığılması

Saytlarin yigilmasi

Xəbərlər

Leave a Comment