ABŞ Rusiyada repressiyaların artmasını qətiyyətlə pisləyir

ABŞ Rusiyada müxalifətçilərə qarşı repressiyaların artmasını qətiyyətlə pisləyir və 680-dən çox siyasi məhbusu dərhal azad etməyə çağırır, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Biz Rusiya hökumətinin fərqli düşüncəni boğmaqda davam etdiyini müşahidə edirik”, deyə brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller məşhur hüquq müdafiəçisi və “Memorial” təşkilatının həmsədri, 2022-ci il Nobel mükafatı laureatı Oleq Orlov barəsində hökmü nəzərdə tutaraq bildirib.

O, həmçinin xatırladıb ki, bu hökm rusiyalı siyasətçi Boris Nemtsovun qətlinin doqquzuncu ildönümünə təsadüf edib.

Saytların yığılması

Saytlarin yigilmasi

“Aleksey Navalnı kimi, Nemtsov da islahat və məsuliyyətin Putin tərəfindən təqib olunan yüksək səsi idi. Rusiya baş nazirinin keçmiş müavini Nemtsov  Kremlin divarları önündə güllələnənə qədər ömrünü öz həmvətənlərinin həyatının yaxşılaşdırılmasına həsr edib”, deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Nemtsovun vətəndaş mövqeyi Rusiyada və onun hüdudlarından kənarda digər demokratik siyasətçilərə və hüquq müdafiəçilərinə ilham verir. Nemtsovun havadarı və cəsur lider Vladimir Kara-Murza Rusiyanın azad gələcəyinin təbliğinə görə həbsxanada məhv olur.

Xəbərlər

Leave a Comment