Yayımlandı: 18 Oktyabr 2023 12:14
2021-ci ildə yeni qanun qəbul edilib, ad dəyişdirilib
18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.
1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Sənədin lehinə Ali Sovetin 360 deputatından 231-i səs verir, qalanları ya sessiyaya qatılmayıb, ya da əleyhinə səs verməyiblər.
Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1992-ci ilin mayında Milli Məclis Azərbaycanın Dövlət himnini (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayrağı və içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbini təsdiqləyib.
2021-ci ilin 15 oktyabrında Milli Məclis “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib.
Qanuna əsasən, Dövlət Müstəqilliyi Günü Müstəqilliyin Bərpası Günü elan edilib.