Olimpiada – Metbuat.org https://metbuat.org Thu, 10 Oct 2024 14:33:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.6.2 https://metbuat.org/wp-content/uploads/2023/07/cropped-298011630_108014162012710_263532087096500316_n-32x32.jpg Olimpiada – Metbuat.org https://metbuat.org 32 32 Əliyev və Paşinyan sülh müqaviləsi ilə bağlı sualı cavablandırıb https://metbuat.org/?p=7560 https://metbuat.org/?p=7560#respond Thu, 10 Oct 2024 14:33:12 +0000 https://metbuat.org/?p=7560 Read more

]]>

Şəklin mənbəyi, Azərtac

Çərşənbə günü MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıblar.

Nikol Paşinyan bildirib ki, o, artıq öz təkliflərini təqdim edib.

“Düşünürəm ki, məhz indi imzalamaq üçün kifayət qədər razılaşdırılmış məzmun var”, – o deyib.

“İndi danışdığınız bu barədə idi?” sualına Paşinyan müsbət cavab verib.

İlham Əliyev konkret vaxtla bağlı suala “Hər şey razılaşdırılanda”, – cavabını verib. Razılaşmanın bu il mümkün olmasına dair suala cavabında isə İlham Əliyev çiyinlərini çəkib.

Paşinyan: “Ermənistan Azərbaycanla Naxçıvan arasında keçidi təmin etməyə hazırdır”

Ermənistanın Baş naziri bildirib ki, ölkəsi yüklərin, nəqliyyat vasitələrinin və insanların öz ərazisindən keçməsinin təhlükəsizliyini tam təmin etməyə hazırdır”.

“Bu, bizim istəyimiz, öhdəliyimizdir və biz buna zəmanət veririk. Yeri gəlmişkən, Ermənistanın guya öz suveren ərazisində kommunikasiya təhlükəsizliyinin hər hansı formada üçüncü dövlətlərin təmin etməsi ilə razılaşdığı və ya hər hansı sənəddə bunun nəzərdə tutulduğu barədə bütün iddialar sadəcə həqiqətə uyğun deyil. Öz ərazisində təhlükəsizliyi təmin etmək hər bir ölkənin suveren borcudur”, – Paşinyan iclasındakı çıxışında deyib.

Onun sözlərinə görə, “Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin, kabel marşrutlarının keçidini təmin etməyə hazırdır.

“Bizim təkliflərimizə reaksiya verən Azərbaycan vurğulayır ki, Ermənistan regional kommunikasiyaların açılmasını istəməsə, Azərbaycan Naxçıvanla əlaqə yaratmaq üçün İran İslam Respublikasının verdiyi imkanlardan istifadə edər. Biz, əlbəttə ki, etiraz etmirik, çünki bu, iki ölkə arasında suveren münasibətlər məsələsidir. Ancaq bir daha qeyd etmək istəyirəm ki, Ermənistan regional kommunikasiyaların açılmasını istəyir və biz öz ərazimizlə nəqliyyat əlaqələrini İran İslam Respublikasının verdiyi şərtlərlə təmin etməyə hazırıq. Üstəlik, biz qarşılıqlılıq, bərabərlik, suverenlik və tərəflərin yurisdiksiyasına əməl etmə prinsiplərinə hörmət çərçivəsində sərhəd nəzarəti prosedurlarında bəzi sadələşdirmələr etməyə hazırıq”, – Paşinyan deyib.

Müstəqil Dövlətlər Birliyinin dövlət başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiyaya həm İlham Əliyev, həm də Ermənistanın Baş naziri Nikol Paşinyan gediblər. Azərbaycan və Ermənistan liderləri Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüş keçiriblər.

Kreml Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün planlaşdırılmadığını bildirib.

Bundan əvvəl, iyulda Avropa Siyasi Birliyinin 4-cü sammitində iştirak etmək üçün Britaniyaya gedən Əliyev və Paşinyan arasında heç bir təmas baş tutmamışdı.

Daha sonra tərəflər bir-birilərini görüşdən yayınmaqda ittiham etmişdilər.

Əliyev və Paşinyan iştirak etdikləri tədbirdə görüşməsələr də, Ermənistan Prezidenti Vahanq Xaçaturyan deyib ki, o, Yerevan və Bakı arasında növbəti 4 həftə ərzində sülh sazişinin imzalanacağına ümid edir.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
https://metbuat.org/?feed=rss2&p=7560 0