XƏBƏRLƏR

Azərbaycana payız gəldi

Azərbaycanda payız fəsli başlayıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. 

Belə ki, payız fəsli Azərbaycanda sentyabrın 23-də Bakı vaxtı ilə saat 05:03-də başlayıb.

Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir və həmin andan şimal yarımkürəsində payız fəsli başlayır.

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights