Dünya

Rusiya polisi Bakıdan aparılan kəklikotunu marixuana ilə səhv saldı

Azərbaycanlı Surqut aeroportunun mühafizə xidmətini “səfərbər” edib.

Metbuat.org xəbər verir ki, Bakıdan Rusiyaya aparılan 50 kq kəklikotunu “yaşıl dəhlizdən” keçirmək mümkün olub. Daha sonra rus polisi kəklikotunu marixuana sanıb. Dərhal onları saxlayıb və küllü miqdarda marixuana aşkar etdikləri ilə bağlı akt tərtib ediblər. Məsələni hətta yuxarı instansiyalara çatdırıblar.

Soydaşlarımızın rus dilini bilməməsi işi daha da müşkülə salıb. Sonda tərcüməçi vasitəsilə ifadə verərkən polisləri başa salıblar ki, onlar bu qədər kəklikotuni Nijnevartoskda kafe işlədən dostları üçün aparırlar.

Buna baxmayaraq rus polisi kəklikotunu müsadirə edib, Azərbaycan vətəndaşlarına isə bəyan edilməmiş mala görə inzibati iş açıblar.

Metbuat.org

Teqlər:

metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights