XƏBƏRLƏR

Ayda məskunlaşma: İlk istixana 2023-cü ildə yaradılacaq

Alimlər Ayın məskunlaşdırılması imkanlarının öyrənilməsi prosesini daha da sürətləndirirlər. Artıq 2023-cü ildə kosmosda ilk istixana peyda olacaq ki, bu da astronavtlara Yerdən kənarda məhsul istehsalı prosesini tədqiq etməyə kömək edəcək.

Hazırda “Redwire Corporation” (RDW.N) ilk kosmik istixananı qurur. Şirkət nümayəndələri belə bir istixananın Yerdən kənarda əkinçilik sahəsində tədqiqatları gücləndirəcəyini və tədqiqat missiyalarını dəstəkləyəcəyini bildiriblər.

Şirkətin layihəsi NASA-nın “Artemida” missiyası və digər layihələr üçün vacib məlumatlar verəcək.

Qeyd edək ki, “Artemis” proqramı Aya astronavt göndərmək və Marsa insanın enişini təşkli etmək üçün uzunmüddətli Ay koloniyası yaratmaq məqsədi daşıyır.

Mənbə: unian.net

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button