XƏBƏRLƏR

Avropa bankları Rusiya istiqrazları ilə ticarəti bərpa edib

ABŞ-dan sonra Avropa bankları da Rusiya istiqrazları ilə ticarəti bərpa edib.

Belə maliyyə qurumları arasında UBS (İsveçrə), “Barclays” (Britaniya) və “Deutsche Bank”ın (Almaniya) olduğu bildirilib.

“JPMorgan”, “Bank of America”, “Jefferies” və “Citigroup”un oxşar qərarının ardından Avropa bankları da müştərilərə Rusiya borclarını satmağa icazə verib.

Rusiya istiqrazları ilə ticarət etmək istəyi ABŞ Maliyyə Nazirliyinin izahatından sonra yaranıb. Nazirlikdən bildirilib ki, ayrı-ayrı şəxslər tərəfindən açılan ticarət əməliyyatlarının bağlanması ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozmayacaq.

Mənbə: news.ru

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button