İqtisadiyyat

Beynəlxalq reytinq agentliyi Bank of Baku-nun reytini yüksəldib

Beynəlxalq reytinq agentliyi “Moody’s Investors Service” (“Moody’s”) Azərbaycan bankı “Bank of Baku” ASC-nin reytinqini yüksəldib.

Banker.az bu barədə reytinq agentliyinin Azərbaycan bankları ilə bağlı verdiyi qiymətləndirməyə istinadən xəbər verir.

“Bank of Baku”nun əsas kredit qiymətləndirilməsini (BCA) b3-dən b2-yə, uzunmüddətli depozit reytinqlərini isə B3-dən B2-yə kimi artırıb.

“Moody’s” rəyi verərkən Azərbaycan banklarının kifayət qədər həcmdə xarici valyuta daxilolmalarını təmin edən yüksək neft qiymətləri sayəsində daha güclü iqtisadi aktivlik və sabit valyuta ilə dəstəklənən yaxşılaşan əməliyyat mühitindən faydalanacağını nəzərə alıb.

 

banker.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button