Azərbaycan futboluİdman

“Üç xal qazanmaq vacib idi” – Regekampf

“Neftçi”nin baş məqçisi Laurentsiu Regekampf səfərdə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra ənənəvi mətbuat konfransında iştirak edib.

Metbuat.org xəbər verir ki, rumıniyalı mütəxəssis görüşü dəyərləndirib: 

“Üç xal qazandığımız üçün çox sevinirəm. Bizim üçün bir az çətin dövrdür. Bu gün daha çox ikinci heyət üzvlərinə üstünlük verdim. Onlar da təcrübə qazanmalıdırlar. Əsas düşüncəmiz UEFA Konfrans Liqasında pley-offa adlamaqdır. Meydança süni örtüklü olduğundan futbolçulara görə narahatlıq keçirirdim. Qorxurdum ki, zədələnərlər. Nə qədər üzücü olsa da, qapıçımızı itirdik. Ümidvaram ki, Aqil Məmmədov tezliklə komandaya qoşulacaq. Hazırda əlimizdə 2 qapıçı qalıb. Rza Cəfərov da milli komandadır.

Bugünkü oyun Avstriyada “Rapid”ə qarşı keçirəcəyimiz matçla bağlı planın bir hissəsi idi. 3 xal qazanmaq bizim üçün vacib idi. Bu gün gənclərdən yalnız müsbət siqnallar aldım. Fasilədə onlara bildirdim ki, özlərinə daha çox inanmalı, daha təhlükəli və hücumameylli olmalıdırlar. Çoxu gənc oyunçudur. Bəziləri ilk dəfə birlikdə çıxış edirdi. Çox aqressiv idik. Rəqibə yaxın oynamağa və itirdiyimiz topları geri almağa çalışırdıq. Düşünürəm ki, getdikcə daha yaxşı oynayacaqlar”.
 

Metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights