Azərbaycan futboluİdmanRedaksiyadan

<strong>"Qarabağ"ın səfər planı bəlli oldu<trong>

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” III təsnifat mərhələsinin cavab oyununda “Ferentsvaroş”la qarşılaşacaq. 

Metbuat.org xəbər verir ki, Ağdam klubunun Macarıstana səfər planı müəyyənləşib. 

“Qarabağ” Vyanaya sabah yola düşəcək. Komanda Bakını saat 10:30-da tərk edəcək. “Köhlən atlar” Vyanada “Kempinski” otelində məskunlaşacaq.

Yerli vaxtla saat 18:40-da Qurban Qurbanovun mətbuat konfransı, saat 19:00-da isə komandanın mətbuata açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq. 

Qeyd edək ki, avqustun 3-də Bakıda “Qarabağ” və “Ferensvaros” arasında oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. Cavab oyunu avqustun 9-u Macarıstanda keçiriləcək.

Mirağa

Metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights