Şahmatİdman

Şahmat Olimpiadası: Azərbaycan yığmasından növbəti qələbə

Azərbaycanın qadınlardan ibarət milli komandası Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, yığma IX turda Monqolustan komandası ilə qarşılaşıb. Günay Məmmədzadə birinci, Xanım Balacayeva ikinci lövhədə rəqiblərini yenib, Gövhər Beydullayeva isə üçüncü lövhədə heç-heçəyə razılaşıb. Yalnız sonuncu lövhədəki Gülnar Məmmədova görüşdən məğlub ayrılıb. Beləliklə, seçməmiz yekunda 2,5:1,5 hesablı qələbəyə sevinib.

Bu, Azərbaycan qadın şahmatçılarının yarışda altıncı qələbəsi olub. Komandamız ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, III turda Yunanıstanı 2,5:1,5, IV turda İsraili 3:1, VI  turda isə Qazaxıstanı 3:1 hesabı ilə üstələyib. Milli V turda Ukrayna ilə, VIII turda Rumıniya ilə heç-heçə edib, VII turda Hindistana uduzub. 14 xalı olan yığma hələlik turnir cədvəlinin 5-ci plləsində qərarlaşıb.

Ümumdünya Şahmat Olimpiadası

Qadınlar

IX tur

Azərbaycan – Monqolustan 2,5:1,5

Günay Məmmədzadə – Enhtul Altan-Ulzi 1:0

Xanım Balacayeva – Bayarjarqal Bayarmaa 1:0

Gövhər Beydullayeva – Turmunk Munheul 0,5:0,5

Gülnar Məmmədova – Bat-Erdene Munquneul 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.

Metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button