Dünya

Səfir: “Londondakı diplomatlarımız təzyiq və təhlükə altındadır”

“Vətəndaşlarımızın, o cümlədən səfirlik əməkdaşlarının təhlükəsizlik və mühafizəsi bizim əsas prioritetimizdir”.

Metbuat.org xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviterdə yazıb.
“Hazırda Londonda olan Azərbaycan diplomatları təzyiq və təhlükə altında olsa da, işlərini davam etdirirlər”, – səfir qeyd edib.

Diplomat bildirib ki, Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarlıqdır: “Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, təhlükəsiz olduqlarını görməkdən məmnunam”.

Metbuat.org

Teqlər:

London
 

metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button