Dünya

Putin-Ərdoğan görüşü bitdi – YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş 4 saatdan sonra başa çatıb.

Ərdoğan-Putin görüşü başladı – VİDEO

Metbuat.org xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Rusiya və Türkiyə liderləri danışıqların yekunlarına dair birgə bəyanat qəbul ediblər.

***

Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş 3 saatdır davam edir.

Metbuat.orgxəbər verir ki, məhdud tərkibdə görüş “Rus” sanatoriyasında keçirilir.
Görüşdən əvvəl tərəflər mətbuat qarşısında bir-birini salamlayıblar. Prezident V.Putin türkiyəli həmkarına Ukrayna taxılının limanlardan daşınması və Rusiya ərzağının ixracına dair İstanbul sazişinin imzalanmasında səylərinə görə təşəkkür edib. Onun sözlərinə görə, Avropa Rusiya qazının fasiləsiz tranziti üçün Türkiyə liderinə minnətdar olmalıdır.

Rusiya Prezidenti ümidvar olduğunu bildirib ki, danışıqların nəticələrinə görə ticarət-iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalamaq mümkün olacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan bu danışıqların Rusiya ilə münasibətlərdə yeni səhifə açacağına ümidvar olduğunu bildirib.

Görüşdən sonra prezidentlərin mətbuata açıqlama verəcəkləri gözlənilmir. Rusiya Prezidentinin mətbuat katibi D.Peskov baş nazirin müavini Aleksandr Novakın jurnalistlərlə ünsiyyətdə olacağını və görüşün yekunları barədə məlumat verəcəyini bildirmişdi.

Xatırladaq ki, sonuncu dəfə prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iyulun 19-da Tehranda “Astana formatında” üçtərəfli sammitdə görüşmüşdülər.

Metbuat.org

Teqlər:

 

Türkiyə
 

Rusiya
 

metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button