Azərbaycan futboluİdmanRedaksiyadan

“Neftçi”nin rəqibi xal itirdi

“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan “Rapid Vyana” Avstriya Bundesliqasında növbəti oyununu keçirib.

Metbuat.org xəbər verir ki, vyanalılar III turda Lustenau “Austriya”sını qəbul edib. 

“Alyants” stadionunda oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Meydan sahibləri 21-ci dəqiqədə Qvido Burqştallerin qolu ilə hesabda önə keçsə də, qonaqlar 70-ci dəqiqədə bərabərliyi təmin edib. Paytaxt təmsilçisi 57-ci dəqiqədən azlıqda mübarizə aparıb. Ante Bayiç ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran “Rapid” 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, avqustun 11-də Vyanada keçiriləcək “Rapid” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bakıdakı ilk görüş “ağ-qaralar”ın qələbəsi ilə başa çatıb – 2:1.

Metbuat.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button