İqtisadiyyat

Naxçıvanda yarım ildə sahibkarlara verilən kreditlərin məbləği açıqlanıb

Cari ilin ilk yarım ilində Naxçıvan Muxtar Respublikasında sahibkarlara 24 milyon 344 min 900 manat kredit verilib.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, kreditlərin 11 milyon 14 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 13 milyon 330 min 400 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub.

Sahibkarlığın inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişiklik yaradıb. Belə ki, 2018-ci ildə muxtar respublikada dövlət sektorunda çalışanların sayı iqtisadiyyatda çalışanların ümumi sayının 17,1 faizini təşkil etmişdisə, 2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 14,3 faiz olub.

 

 

banker.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights